Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:28

Corc Kenti Erika Olson əvəz edəcək


Robin Daniqan
Robin Daniqan

Cənubi Qafqaz, regional münaqişələr, Türkiyə, Yunanıstan və Kipr daxil Cənubi Avropa siyasətinə Erika Olson nəzarət edəcək

Prezident Co Bayden administrasiyası enerji sahəsində təcrübəli diplomat Robin Daniqanı Dövlət Departamentində Mərkəzi və Şərqi Avropa üzrə siyasətinə məsul şəxs təyin edib.

Daniqan 2014-2017-ci illərdə Dövlət Departamentinin Enerji Resursları Bürosunda enerji diplomatiyası üzrə katib köməkçisinin müavini kimi çalışıb. Bundan sonra o, Ukrayna, Belarus, Moldova, həmçinin Polşa, Macarıstan və Çexiya Respublikası üzrə siyasətə baxacaq. Məlumatı AzadAvropa/AzadlıqRadiosu-na departamentin sözçüsü verib.

Daniqan son üç ildə ABŞ-ın Vyanadakı səfirliyində işləyib, əvvəlcə missiya başçısının müavini, daha sonra Avstriyada müvəqqəti işlər vəkili olub.

Xanım Daniqan yeni vəzifəsinin icrasına sentyabrın 7-də başlayıb.

Şimal axını-2-yə qarşı

Daniqan Rusiyanın Baltik dənizinin dibiylə Almaniyaya təbii qaz daşıyacaq kəmər çəkmək planını ta əvvəldən tənqid edib. Kəmər Ukraynadan yan keçməklə Kiyevi ildə 2 milyard dollara yaxın tranzit haqqından məhrum edə bilər.

11 milyard dollarlıq Şimal axını-2 layihəsi tezliklə tamamlanmalıdır. Mayda Bayden administrasiyası Almaniya ilə gərginliyi azaltmaq məqsədilə İsveçrədə yerləşən operator şirkətə sanksiyaları qaldırdı.

“Bir soruşun: Niyə bir əlimizlə Ukraynanı dəstəkləməli, digəri ilə onu boğmalıyıq”, – o, 2015-ci ilin noyabrında bir konfransda deyirdi.

Qərb Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılarla mübarizədə Kiyevə hərbi və iqtisadi dəstək verir.

Xüsusi elçinin tabeliyində işləyib

Bayden administrasiyasının iyulda Almaniya ilə əldə etdiyi razılaşmaya görə, Şimal axını-2-nin yaratdığı iqtisadi fəsadı aradan qaldırmaqdan ötrü Ukraynaya kömək göstəriləcək, onun enerji sənayesinə investisiya qoyulacaq.

Administrasiya 2014-2017-ci illərdə xüsusi beynəlxalq enerji elçisi olmuş Amos Hoşteyni Almaniya ilə razılaşmanın icrasına nəzarət etməyə təyin edib.

Hoşteyn Ukraynada dövlətə məxsus Naftoqaz təbii qaz şirkətinin idarə heyətinin üzvü olub. Danniqan Enerji Resursları Bürosunda çalışanda büroya rəhbərlik edib.

Daniqan Ukrayna, Belarus və Moldova üzrə siyasətə nəzarəti Dövlət katibinin köməkçisinin müavini Corc Kentdən təhvil alır. Kent həm də Azərbaycan, Ermənistan və Gürcüstan siyasətinə cavabdeh idi.

Azərbaycan üzrə siyasətə Olson baxacaq

İndi isə Cənubi Qafqaz, regional münaqişələr, Türkiyə, Yunanıstan və Kipr daxil Cənubi Avropa siyasətinə Erika Olson nəzarət edəcək. Olson Dövlət Departamentinin Şimali Avropa, baltik, Arktik Təhlükəsizlik Məsələlərinə cavabdeh idi.

Bütün bu addımlar Dövlət Departamenti heyətinin daimi rotasiyası çərçivəsində həyata keçirilir. Sözçü Kentin hansı vəzifəni tutacağını açıqlamayıb.

Kent 2015-2018-ci illərdə ABŞ-ın Kiyevdəki səfirliyində missiya rəhbəri olub, sonradan Vaşinqtona qayıdaraq altı keçmiş sovet ölkəsi üzrə siyasətə nəzarət edib. O, 2019-cu ildə keçmiş prezident Donald Trampın impiçmentində əsas şahidi idi.

Tramp 2020-ci il seçkisində demokratlardan rəqibi Bayden və onun oğlu Hunter Baydenə qarşı kompromat yığmaq üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə təsir göstərməkdə ittiham olunurdu. Tramp impiç olunsa da respublikaçıların nəzarətində olan Senat onu təqsirli bilmədi.

XS
SM
MD
LG