Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:23

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Talibanla danışıqlara gedib


Zalmai Khalilzad-ABŞ-ın Əfqanıstan üzrə rəsmi nümayəndəsi
Zalmai Khalilzad-ABŞ-ın Əfqanıstan üzrə rəsmi nümayəndəsi

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Khalilzad Taliban hərəkatının nümayəndələri ilə görüşmək üçün Qətərə gedib.

Məqsəd, son günlər Əfqanıstanda aparılan irimiqyaslı hərbi əmliyyatları dayandırmaq və Talibanı münaqişəni sülh yolu ilə həll etməyə məcbur etməkdir.

Azadlıq Radiosunda olan məlumata görə Taliban hərəkatı avqustun 10-da Əfqanıstanda daha bir şəhəri ələ keçirib.

Talibançılar ötən ay mayın 1-dən- ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstanı tərk etməyə başlamasından sonra ölkədə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi John Kirby Əfqanıstanda yaranmış vəziyətdən dərin narahat olduqlarını bildirib, amma qeyd edib ki, Taliban hərəkatının xeyli ərazini ələ keçirməsinə baxmayaraq hökumət qoşunları ölkəni qorumağa qadirdir.

Məlumata görə, Taliban hərəkatının yaraqlıları azı 6 əyalətin paytaxtını ələ keçiriblər.

Əfqanıstan prezidenti Ashraf Ghani regional döyüş komandirlərini hökuməti dəstəkləməyə, əahlini isə demokratiyanı qorumağa çağırıb.

Milli Fövqəladə Hallar Xidmətinin rəhbəri Gulam Bahauddin Jailanin Reütersə verdiyi məlumata görə, hazırda ölkənin 34 əyalətindən 25-də hərbi əməliyyatlar gedir, son 2 ayda 60 min ailə ev-eşiyini tərk etməli olub.

Onların əksəriyyətinin paytaxt Kabilə qaçdıqları bildirilir.

AzadlıqRadiosunun müxbiri bu arada-avqustun 10-da xəbər verir ki, talibançılar ölkənin cənub-qərbində yerləşən Farah əyalətinin eyni adlı paytaxtında qubernatorun ofisi də daxil olmaqla bir sıra strateji binaları ələ keçiriblər.

Əgər bu məlumat təsdiqlənsə, Farah Talibançıların tutduğu 7-ci əyalət paytaxtı olacaq.

Qeyd edək ki, Taliban hərəkatı bir gün əvvəl ölkənin şimalındakı Samanqan əyalətinin paytaxtı Aybak şəhərini də ələ keçiriblər.

Hazırda Balx, Taxar və Kunduz əyalətlərində də ağır döyüşlər gedir.

Məlumata görə, Taliban hərəkatı Kunduz şəhərinin əksər hissəsini ələ keçirib.

Hökumət qoşunları hazırda yalnız şəhərdəki hava limanı və ordakı hərbi bazaya nəzarət edə bilir.

Əgər Taliban 375 min nəfərlik bu şəhəri tam ələ keçirsə, onda bu onların əlində olan ən böyük şəhər mərkəzi olacaq.

Hazırda ölkənin şimalındakı Məzari-Şərif əyalətinin paytaxtı Bəlx uğrunda da ağır döyüşlər gedir. Bəlx regionda ən iri şəhərdir.Bu şəhərin itirilməsi Kabil hökuməti üçün sarsıdıcı zərbə olacaq.

Təhlükəsizlik qüvvələri həmçinin hazırda İran sərhəddinin yaxınlığında yerləşən Herat şəhərinin ətraflarında da ağır döyüşlər getdiyini xəbər verirlər.

XS
SM
MD
LG