Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:27

İran Səudiyyə ilə danışıqların ‘yaxşı’ keçdiyini deyir


İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə

İran bildirib ki, onun regional rəqibi Səudiyyə Ərəbistanı ilə davamn edən danışıqları “qarşılıqlı anlaşma” və “yaxşı atmosferdə” keçir.

Ötən ay media xəbərlərindən İran və Səudiyyə rəsmilərinin aprel ayında Bağdadda görüşdükləri bəlli olmuşdu.

Bu ölkələr arasında diplomatik münasibətlər 2016-cı ildə Tehranda etirazçılar Səudiyyə Ərəbistanın səfirliyinə hücum edəndən və missiyanın binasına od vurandan sonra kəslib.

İranlılar o vaxt bir şiə şeyxinin Səudiyyədə edam olunmasından hiddətləmişdilər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə mayın 31-də keçirilən mətbuat konfarnsında deyib ki, danışıqlar “yaxşı ab-havada” keçir və Tehran Riyadla ortaq anlaşmaya nail olacağına inanır.

Bağdadda İraqın baş naziri Mustafa əl-Kademinin vasitəçiliyi ilə keçirilən danışıqlar bu barədə aprelin 9-da Financial Times qəzeti xəbər verənədək məxfi aparılırdı.

Vəliəhdin tonunun dəyişməsi

Xatibzadə mayın 10-də belə bir danıqşıqların aparıldığını təsdiqləmiş və demişdi ki, Tehranın məqsədi “həm regional, həm də ikitərəfli səciyyə” daşıyır, lakin hər hansı detalların açıqlanması üçün hələ tezdir:

"Fars körfəzindəki iki böyük İslam dövləti arasında de-eskalasiya və münasibətlərin bərpası hər iki tərəf üçün sərfəlidir”.

İran hələ aprein sonlarında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın “tonunun dəyişməsini” və Tehranla “yaxşı və xüsusi münasibətlərə” çağırışını alqışlamışdı.

İki rəqib ölkə Suriyadan hutilərin Səudiyyə Ərəbistanına qarşı vuruşduqları Yəmənədək bir sıra regional münaqişələrdə qarşı duran tərəfləri dəstəkləyir.

İran şiə hutilərə 2015-ci ildə beynəlxalq birlik tərəfindən tanınmış Yəmən hökumətinə qarşı mübarizədə kömək edir.

Səudiyyə həmin il Yəməndə gedən vətəndaş münaqişəsinə hökumətin tərəfində müdaxilə edib.

XS
SM
MD
LG