Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:41

Qarabağ münaqişəsində təhlükəli mərhələ? – Qərb mediası


Sünikdə Ermənistan hərbçiləri
Sünikdə Ermənistan hərbçiləri

Təhlilçi Rusiya, Birləşmiş Ştatlar və Fransanın qarşıdurmanın daha böyük müharibəyə keçməsini əngəlləməyə çalışdığını yazır

Azərbaycan-Ermənistan sərhədində son bir həftə yaranmış gərginlik qərb təhlilçilərinin də diqqətindədir. Amerikalı təhlilçi Pol Qobl Qarabağ münaqişəsinin artıq yeni miqyas aldığını yazır.

“Son 25 ildə döyüşlər Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində gedirdi... İndi isə hər iki tərəfdən toqquşmaların dövlət sərhədinə keçməsi, kövrək atəşkəsi qanlı sonluqla bitirməsi təhlükəsi var”, – məqalədə deyilir.

Təhlilçi Rusiya, Birləşmiş Ştatlar və Fransanın qarşıdurmanın daha böyük müharibəyə keçməsini əngəlləməyə çalışdığını yazır.

Xəritə mübahisəsi - Bakı ilə Yerevanın əlində fərqli xəritə var?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Üç səbəb

Ermənistan iddia edir ki, Azərbaycan hərbçiləri onun ərazisinə doğru bir neçə kilometr irəliləyib. Azərbaycan isə sadəcə, demarkasiya işi aparıldığını, hərbi qüvvələrin mövqelərini tutduğunu bildirir.

Müəllif qeyd edir ki, Ermənistanın Müdafiə Nazirliyi vəziyyətin nəzarətdə olduğunu, Qaragölə nəzarət etdiyini bildirsə də, çoxsaylı təhlilçilər, o cümlədən regionda yaşayan ermənilər buna şübhə edirlər. “Bir neçə gün öncə sərhəddə yaşayan ermənilər Yerevana müraciət edərək onlara silah verilməsinə çağırıb... Onların fikrincə, Ermənistan ordusu bu işin öhdəsindən gələ bilmədiyini ortaya qoyub”, – məqalədə deyilir.

Müəllif sərhəd məsələsinin üç səbəbdən indi ortaya çıxdığını yazır. Birincisi, Ermənistan və Azərbaycan qüvvələri hazırda üzbəüz dayanıblar. İkincisi, Moskva özəlliklə Sünik vilayətindən sərhədlərarası nəqliyyat xəttinin açılmasına çağırır. Üçüncü məsələ isə Türkiyənin Cənubi Qafqazdakı nüfuzudur. Azərbaycanın “Zəngəzur” dediyi dəhliz açılarsa, Türkiyənin Azərbaycan və Orta Asiya ilə quru əlaqəsi yaranacaq ki, Ermənistan, Rusiya və İran bundan narahatdır.

Azərbaycanlı alim Ermənistanla xəritə mübahisəsinə aydınlıq gətirir
Gözlə

No media source currently available

0:00 0:05:39 0:00

Çətin məsələ

Təhlilçi sərhədin delimitasiyası və demarkasiyasının təkcə Sünikdə deyil, başqa yerlərdə də həddən artıq çətin olacağını qeyd edir. Çünki onların ümumi istifadə edəcəyi xəritə yoxdur, ortalıqdakı iki sovet xəritəsi azı 30 illikdir. Ermənistanın istinad etdiyi sovet topoqrafik xəritəsinə görə Qaragölün 80 faizi onun ərazisinə düşür. Azərbaycanın üstünlük verdiyi sovet hərbi xəritəsində isə həm gölün böyük hissəsi, həm də hərbçilərin irəlilədiyi yerlər məhz Azərbaycanın suveren ərazisidir.

Azərbaycan Milli Elmlər Akademiyasında coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov isə AzadlıqRadiosuna deyib ki, həm Azərbaycan, həm də Ermənistanın sovet hakimiyyəti illərindəki xəritələrində sərhədlər dəqiqliklə göstərilib və aralarında heç bir fərq yoxdur

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG