Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:30

Qəzza zolağında azı 28 fələstinlinin həlak olduğu xəbər verilir


Zorakılıqda yaxınını itirmiş yeniyetmə
Zorakılıqda yaxınını itirmiş yeniyetmə

Mayın 11-də Qəzza zolağında İsrail qüvvələri ilə Fələstin yaraqlıları arasında qarşıdurma daha da şiddətlənib.

Həməsin nəzarətində olan Qəzzanın səhiyyə rəsmiləri 10 uşaq da daxil 28 fələstinlinin həlak olduğunu bildiriblər.

Tibb işçiləri mayın 10-da günbatandan sonra əksəriyyəti İsrailin hava zərbələrindən daha 120 nəfər yaralandığını xəbər veriblər.

İsrail Fələstin tərəfində həlak olanlardan azı 16-sının yaraqlılar olduğunu bildirib.

Bu arada Qəzza yaraqlıları İsrail istiqamətinə yüzlərlə raket atıblar. İki İsrail mülkisinin həlak olduğu və azı 10 nəfərin yaralandığı xəbər verilir.

Silahlı Həməs qruplaşması bildirir ki, o “Yerusəlimdəki əl-Əqsa məscidini İsrail təcavüzündən müfadafiə edir”.

Bundan əvvəl məscidin həndəvərində İsrail polisi ilə fələstinli etirazçılar arasında toqquşmalar baş vermişdi.

İordan çayının Qərb sahilində də zorakılıqlar baş verib.

“Qırmızı xətt keçilib”

İsrailin baş naziri Benyamin Netanyahu mayın 10-da Həməsin İsrailə raket atmaqla “qırmızı xətti” keçdiyini bəyan etmişdi.

O demişdi ki, onun hökuməti bu hücumlara bütün gücü ilə cavab verəcək:

"Dünəndən bəri ordu Qəzzada Həməsə və İslami Cihada qarşı yüzlərlə hücum əməliyyatı həyata keçirib...Biz hücumlarımızın gücünü bundan sonra da artıracağıq”.

Netanyahu əlavə edib ki, Həməs özünün gözləmədiyi bir şəkildə vurulacaq.

İsrail hərbiyyəsdi bildirib ki, Qəzza sərhədinə əlavə qoşun hissələri göndərilir və ehtiyyatda olan 5 minədək əsgər səfərbərliyə cəlb olunur.

İsrailin Dome (Qübbə) hava hücumundan müdafiə sistemi Həməsin raketlərini "tutarkən"
İsrailin Dome (Qübbə) hava hücumundan müdafiə sistemi Həməsin raketlərini "tutarkən"

Təhlükəsizilik Şurası bəyanat verməyib

Fransa bildirib ki, Paris İsrailin bu qarşıdurmada “yalnlz adekvat gücdən istifadə etməsini istəyir”.

ABŞ və Avropa İttifaqı tərəfləri gərginliyi mümkün qədər tez azaltmağa çağırıb.

BMT-nin Təhlükəsizlik Şurası mayın 10-da toplaşsa da, vəziyyət barədə heç bir bəyanat verilməyib.

57 üzv ölkədən ibarət İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mayın 11-də Dubayda keçirdiyi görüşdə zorakılıqlara görə İsraili ittiham edib.

İƏT-in birgə bəyanatında “əl-Əqsa məscidinin müqəddəsliyinə davam edən qəsdlər, möminlər üzərinə vəhşi hücumlar və bu ərazidə fələsətinlilərin hərəkətinin məhdudlaşdırılması” pislənir.

Əl-Əqsa məscidinin, habelə yəhudilərin müqəddəs saydıqları Məbəd dağının yerləşdiyi Yerusəlim şəhərinin statusu İsrail-Fələstin münaqişəsinin əsas düyünlərindən biridir.

XS
SM
MD
LG