Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:41

Putin silahlarla bağlı tapşırıq verdi


Atışma baş vermiş məktəb
Atışma baş vermiş məktəb

Rusiyanın Tatarıstan Respublikasının rəhbərliyi paytaxt Kazanda məktəbdə atışma və partlayış zamanı 9 nəfərin öldürüldüyünü bildirir.

Respublika prezidenti Rüstəm Minnixanov deyib ki, 175 saylı məktəbdə bir müəllim, 7 şagird və təhsil ocağının bir qadın işçisi öldürülüb. Daxili İşlər Nazirliyi 21 nəfərin xəsarət aldığını, onlardan 6-nın uşaqlar olduğunu və reanimasiyaya yerləşdirildiyini xəbər verir.

Hücumu həyata keçirməkdə şübhəli bilinən 19 yaşlı bir şəxs saxlanıb. Daha öncəki məlumatlarda hücumu azı 2 nəfərin həyata keçirdiyi vurğulanırdı.

Müəllimlərin və şagirdlərin AzadAvropa/AzadlıqRadiosu-na deməsinə görə, atışmadan qabaq binada güclü partlayış eşidiblər. Onlar daha sonra binadan qaçdıqlarını, bəzi tələbələrin üçüncü mərtəbədən özünü atdığını söyləyiblər.

Kazanda orta məktəbə silahlı basqında azı 9 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Yeni qaydalar hazırlanacaq

Mediada şübhəlinin İlnaz Galyaviyev olduğu qeyd edilir.

Minnixanov hücumdan az sonra hadisə yerinə gedib. O, hücum zamanı istifadə olunan odlu silahın hücum edənin adına qeydiyyatda olduğunu deyib. Prezident ölümləri “respublikamız, ölkəmiz üçün böyük faciə” adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə deyib ki, Prezident Vladimir Putin Rusiya Milli Qvardiyasının başçısı Viktor Zolotova xüsusi tapşırıq verib. “Mülki istifadə üçün nəzərdə tutulan silah növləri, vətəndaşların istifadəsində hansı silahların olması, bu atışmada istifadə olunan da daxil kiçik silahlarla bağlı yeni qaydalar” hazırlanacaq.

“Faktiki olaraq bəzən ov silahları da kiçik silahlar kimi qeydə alınır. Bəzi ölkələrdə isə onlar hücum silahları kimi istifadə olunur. Milli Qvardiya qaydaları tezliklə hazırlayacaq”, – Peskov vurğulayıb.

Məktəblərə hücumların sayı artıb

Rusiya İstintaq Komitəsi hücumla bağlı cinayət işi açıb.

Mayın 12-də Tatarıstanda matəm günü elan olunub.

Tarixən Rusiyada və digər postsovet respublikalarında məktəblərə hücumlar nadir hallarda baş verib. Amma son illər onların sayı artıb.

2019-cu ilin noyabrında Rusiyanın uzaq şərqindəki Blaqoveşçensk şəhərində kollecə hücum edən silahlı bir şagirdi, daha sonra özünü vurub.

2018-ci ilin oktyabrında isə Rusiyanın ilhaq etdiyi Krımın Kerç şəhərində 18 yaşlı tələbə kollecə silah və bombayla hücum edərək 20 nəfərin həyatına son qoyub, özünü də güllələyib.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) son illər ölkə boyunca bir neçə məktəbə hücumun qarşısını aldığını bildirib.

***

Kazanda məktəbdə azı 9 nəfər öldürülüb

Rusiyanın Tatarıstan respublikasının paytaxtı Kazanda məktəbdə atışma və partlayış nəicəsində azı 9 nəfər həlak olub. Onlardan biri müəllim, səkkizi şagirddir.

Mayın 11-də 175 saylı məktəbdəki partlayışda azı iki nəfərin atəş açdığı bildirilir.

Hücum edənlərdən birini polisin öldürdüyü, azı birinin isə məktəbin içində olduğu bir neçə girov götürdüyü xəbər verilir.

Bəzi məlumatlarda hücum edənlərdən birinin saxlandığı qeyd olunur.

Hadisə yerini güc strukturları mühasirəyə alıb, müəllim və şagirdlər pəncərələrdən təxliyə olunur.

Həmin məktəbdə mindən çox şagirdin təhsil aldığı bildirilir.

***

Bəzi mənbələrdə 11-13 nəfərin həlak olduğu bildirilir. RİA Novosti iki şagirdin üçüncü mərtəbədən tullanarkən öldüyünü yazır.

TASS 30-dan çox insanın xəsarət aldığını xəbər verir.

XS
SM
MD
LG