Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:31

Navalnının ofislərinin, FBK-nın fəaliyyəti dayandırılır


Arxiv fotosu
Arxiv fotosu

Navalnının təşkilatları rəsmən “ekstremist” hesab olunarsa, əməkdaşlarının hamısı 6 ildən 10 ilədək həbs edilə bilərlər

Rusiyada məhkəmə həbsdə olan müxalifətçi Aleksey Navalnının ofislərində, eləcə də Antikorrupsiya Fondunda işin dayandırılmasına dair prokurorların vəsatətini təmin edib.

“Navalnının və FBK qərargahlarının fəaliyyəti dərhal dayandırılıb. Bu addımla bağırıb deyirlər: Sizin fəaliyyətinizdən, yürüşlərinizdən, smart səsvermənizdən qorxuruq”, – FBK-nın direktoru İvan Jdanov aprelin 26-da tvitində yazıb.

Posta prokurorların qaldırdığı iddianın fotosu əlavə olunub.

Bu addım Moskva Prokurorluğunun FBK-nın və Navalnıya bağlı daha iki təşkilatın ekstremist hesab edilməsinə dair təşəbbüsünə daxildir.

***

Navalnının fonduna qarşı məhkəmə gözlənir

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının Antikorrupsiya Fonduna (FBK) qarşı məhkəmənin hazırlıq iclası planlaşdırılır. Moskvada prokurorluq təşkilatın ekstremist hesab olunmasına dair iddia qaldırıb. Hökumət Kremli açıq şəkildə tənqid edənlərə təzyiqi artırmaqdadır.

FBK aprelin 26-da tvitində yazıb ki, gün ərzində qrupla iş üzrə ilkin danışıqlar aparılacaq, ilkin dinləmə aprelin 29-na gözlənir.

“Vacib məqam ondan ibarətdir ki, özümüzə qarşı ittihamların detallarını heç vaxt bilməyəcəyik. İşdəki dəlillər dövlət sirri hesab olunub”, – FBK bildirir.

“Özlərinin liberal şüarları altında...”

Navalnının yanvarda həbsindən sonra Rusiyanın Qərblə münasibətlərində gərginlik dərinləşib. FBK isə illərdir Prezident Vladimir Putin daxil olmaqla yüksək rütbəli rəsmilərin izaholunmayan sərvətini ifşa edən videoaraşdırmalar aparır.

Moskva Prokurorluğu iddianı aprelin 16-da qaldırıb. Məhkəmədən FBK və Navalnıya bağlı daha iki təşkilatın “ekstremist” hesab etməsi istənilir. Bu qurumların “özlərinin liberal şüarları altında sosial və ictimai-siyasi vəziyyətdə sabitsizlik yaradan fəaliyyətlə məşğul olduğu” bildirilir.

Beynəlxalq və yerli insan haqları qrupları bu iddianı pisləyiblər. Onların deməsinə görə, Navalnının təşkilatları rəsmən “ekstremist” hesab olunarsa, əməkdaşlarının hamısı 6 ildən 10 ilədək həbs edilə bilərlər.

Aprelin 21-də Rusiya boyunca Navalnıya azadlıq tələbilə etirazlarda 2 minədək saxlanan olub. Onlar müxalifətçinin həbsdə adekvat tibbi müalicə almasını tələb ediblər. Həbsdəki tibbi yanaşmaya etiraz olaraq Navalnı üç həftə aclıq aksiyası keçirib, aprelin 23-də onu dayandırıb.

Xatırlatma

Navalnı ötən avqustda Sibirdə kimyəvi qazla zəhərlənəndən sonra Almaniyada bir neçə ay müalicə almışdı. Avropada laboratoriyalar müxalifətçinin Noviçok qazından zəhərlənməsi qənaətinə gəlib. O, yanvarın 17-də Almaniyadan qayıdarkən Moskva aeroportunda saxlanıb.

Navalnı zəhərlənməsinin arxasında birbaşa Rusiya Prezidenti Vladimir Putinin dayandığını desə də Kreml bunu təkzib edir.

Fevralda isə Moskvada məhkəmə qərar verdi ki, Navalnı Almaniyada olarkən daha öncə mənimsəmə ittihamıyla təqsirli bilindiyi şərti cəzanın şərtlərini pozub və onu 2 il yarım real həbsə məhkum elədi. Özü və tərəfdarları həmin işi də siyasi motivli sayır.

Birləşmiş Ştatlar və Avropa Birliyi Navalnı işi və etirazçılara təzyiqlərə görə Rusiyaya sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG