Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:53

İranın nüvə sazişiylə bağlı mövqeyi dəyişməyib


Əli Xameneyi
Əli Xameneyi

Xameneyi bir daha qeyd edib ki, “maksimum təzyiq iflas edib”

Ali dini lider Ayətulla Əli Xameneyi martın 21-də İranın nüvə sazişiylə bağlı “qəti siyasətini” bir daha vurğulayıb. O deyib ki, Birləşmiş Ştatlar və müttəfiqləri İranın 2015-ci il nüvə sazişi öhdəliklərinə qayıtmasını istəyirsə, Vaşinqton bütün sanksiyaları qaldırmalıdır.

“Mövqeyimiz aydındır və dəyişməyib. ABŞ razılaşmaya uyğun olaraq bütün sanksiyaları qaldırmalıdır və bundan sonra biz nüvə sazişinə qayıdacağıq”, – Xameneyi dövlət televiziyası ilə çıxışında deyib.

“Amerikalılar bütün sanksiyaları qaldırmalıdırlar, sonra biz onların həqiqətən qaldırıldığını yoxlayacağıq və sonra nüvə sazişi öhdəliklərimizə qayıdacağıq”, – o deyib.


“Maksimum təzyiq iflas edib”

Xameneyi bir daha qeyd edib ki, “maksimum təzyiq iflas edib” və xəbərdarlıq edib ki, Bayden administrasiyası “maksimum təzyiqi davam etdirmək istəyirsə, yenə iflas edəcək”.

ABŞ Prezidenti Co Bayden sazişi dirçəltməyə hazır olduğunu deyib. Amma onun administrasiyası İranın nüvə öhdəliklərinə qayıtmalı olduğunu bildirib. Tehran ABŞ-ın sanksiyalarına cavab olaraq öhdəliklərin çoxunun icrasını dayandırıb.

Birləşmiş Ştatlar və sazişi imzalamış üç Avropa ölkəsi – Britaniya, Fransa və Almaniya İranın sazişə qayıtması üçün bəzi dəyişikliklər təklif etsələr də, İran buna skeptik yanaşıb.

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. Amma İran nüvə proqramının sırf mülki enerji məqsədli olduğunu bildirir.

İranın öhdəliklərindən geri çəkilməsi...

Birləşmiş Ştatlar 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxıb. Keçmiş prezident Donald Tramp administrasiyası Tehrana nüvə və raket proqramları, regional proksilərə dəstəyinə görə “maksimum təzyiq” siyasəti yürüdüb.

Yanvarda vəzifəyə keçmiş Bayden isə Vaşinqtonun sazişə qayıda biləcəyini bildirib.

Ancaq İranın öhdəliklərindən geri çəkilməsi durumu qəlizləşdirir. Tehran zənginləşdirilmiş uran ehtiyatını, onu zənginləşdirmə dərəcəsini artırıb. İran ötən aydan Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə obyektlərində təftişini də məhdudlaşdırmağa başlayıb.

BAEA-nın Baş direktoru Rafael Qrossi hər iki tərəflə danışıqlar aparıb. O ötən bu ayın əvvəlində deyirdi ki, ABŞ-ın sazişə qayıtmasını mümkün hesab edir.

“Onlar qayıtmaq istəyirlər. Amma əlbəttə... aydınlaşdırılası çox məsələlər var. Amma bu, qeyri-mümkün deyil. Çətindir, amma qeyri-mümkün deyil”, – o, martın 16-da deyib.

XS
SM
MD
LG