Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:50

Beynəlxalq ekspert: İndi Azərbaycan silahın çoxunu İsraildən alır


General Rövşən Əkbərovun həbs səbəbləri açıqlanır
Gözlə

No media source currently available

0:00 0:10:00 0:00

General Rövşən Əkbərovun həbs səbəbləri açıqlanır

Azərbaycan son beş ildə İsraildən 100 kamikaze tipli dron- Harop alıb.

Bunu AzadlıqRadiosuna müsahibəsində SIPRI - Stokholm beynəlxalq sülh araşdırmaları institutunun araşdırmaçısı Aleksandra Kuimova bildirib.

O əlavə edib ki, SIPRI statistikanı yalnız açıq mənbələrdən götürür və bu rəqəmlər bütün mənzərəni əks etdirməyə bilər.

SIPRI-nin son hesabatına görə, Azərbaycan son beş ildə ümumiyyətlə silahların təqribən 70 faizini İsraildən alıb.

Qurum bildirir ki, açıq mənbələrdə Azərbaycanın Türkiyədən cəmi beş ədəd Bayraktar dronı aldığı görünür.

Amma bir qayda olaraq Bakıda rəsmilər alınan silahların miqdarı barədə məlumat vermirlər, bunun hərbi sirr olduğunu deyirlər.

Beynəlxalq qurum: Azərbaycan İsraildən 100 kamikadze dron alıb
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

Azərbaycan silah idxalını azaldıb

Aleksandra Kuimova bildirib ki, əldə olan rəqəmlərə görə, ümumilikdə son beş ildə Azərbaycan silah idxalını azaldıb:

“2016-2020-ci illərdə Azərbaycan silah idxalını 50 faizə qədər azaldıb. Bu azalmaya təsir edən bir amil də Rusiyadan aldığı silahların həcminin azalması olub. Amma əsl səbəbin nə olduğunu bilmirik. Bəlkə də artıq Azərbaycan müəyyən silah ehtiyatını əvvəldən yaratdığı üçün idxalı azaldıb və əlavə silaha ehtiyac görməyib”.

Aleksandra Kuimova deyir ki, Azərbaycan son beş ildə silahların 17 faizini Rusiyadan alıb. Onun sözlərinə görə, rəsmi Bakı son illər silah aldığı ölkələrin sayını artırıb:

“Silahın 17 faizinin Rusiyadan alınması müəyyən qədər böyük göstərici sayıla bilər. Amma Azərbaycan bu ölkələrin sayını artırır. İndi Türkiyədən, İsraildən, Slovakiyadan, İspaniyadan, Belarusdan da silah alır. Azərbaycanın Rusiyadan və başqa ölkələrdən aldığı silahlarla bağlı müəyyən hesablamalarımız var. Bizim hesablamamıza görə, Azərbaycan 2017-18-ci illərdə Rusiyadan 24 Xrizantema tank əleyhinə raket kompleksi, 800 ədəd Xrizantema tank əleyhinə raket, 76 ədəd BTR 82 A, 12 ədəd TOS1 çoxlüləli raket atıcısı alıb”.

SIPRI-nin hesabatına görə, qonşu Ermənistan son beş ildə silahlarının demək olar ki, hamısını, 97 faizini Rusiyadan alıb.

Silahı təkcə ehtiyaca görə almırlar

Aleksandra Kuimova deyir ki, adətən hökumətlər siyasi münasibətləri nizamlamaq üçün silah alış-verişindən istifadə edirlər:

“Dünyada bütün silah alan ölkələr bunu edərkən sadəcə öz silah ehtiyaclarını deyil, siyasi səbəbləri də nəzərə alırlar. Söhbət yalnız siyasi təzyiqdən getmir. Silah alarkən dövlətlər həm də qarşılıqlı münasibətlər yaradır. Odur ki, ölkənin hansı silahı hansı ölkədən, məhz nə səbəbə görə aldığını analiz edib nəticəyə gəlmək çətindir”.

Azərbaycan son illər müdafiə və təhlükəsizlik xərclərini artırır. Bu il dövlət büdcəsindən müdafiə xərclərinə təqribən beş milyard manat ayrılıb.

Prezident İlham Əliyev bu günlərdə bildirib ki, müdafiə xərcləri onun təşəbbüsü ilə artırılır, çünki müharibə vaxtı istifadə olunmuş silah sursatı əvəz etmək lazımdır.

XS
SM
MD
LG