Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:42

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycandan cavab gözləyir


Avropa Şurasının Nazirlər Komitəsi martın 12-də Azərbaycan hökumətini insan haqları fəallarının və hökumət tənqiçilərinin hüquqlarının dərhal bərpa olunmasına çağırıb.

Bu da bildirilir ki, söhbət Məmmədli qrupunun Azərbaycana qarşı şikayətindən gedir.

Nazirlər Komitəsi xatırladır ki, Məmmədli qrupunda hər bir ərizəçinin Avropa İnsan Haqları Konvensiyası üzrə 18 və 5-ci maddələrlə hüquqları pozulub.

Komitə qeyd edir ki, söhbət hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin “cinayət məcəlləsindən qisas aləti kimi istifadə edilərək” qanunsuz həbs və saxlanmasından gedir.

Komitə xatırladır ki, Azərbaycan Ali Məhkəməsi 2020-ci ilin aprelində İlqar MəmmədovRəsul Cəfərovun məhkumluğunun ləğv edilməsi və onlara qanunsuz məhbus edildiklərinə görə kompensasiya ödənilməsi barədə hökm çıxarıb.

Nazirlər Komitəsi bəyan edir ki, sözü gedən qrup barəsində başqa ittihamlara xitam verilməyib və bu səbəbdən də qrupa daxil şəxslərin üzərindən məhkumluq tamamilə qaldırılmayıb.

Komitə vurğulayır ki, onun bu bəyanatı ilə bağlı Azərbaycan hökumətinin cavabını aprelin 30-dək gözləyir.

Xatırlatma

REAL-ın lideri İlqar Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub.

O Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib.

İlqar Məmmədovun hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarı olub.

O, 2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb, cəzanın çəkilməmiş hissəsi şərti hesab olunub.

Rəsul Cəfərov isə 2014-cü il avqust ayında həbs edilib.

O 2015-ci ildə məhkəmənin hökmü ilə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinərək 6 il 6 ay müddətimə azadlıqdan məhrum edilib.

Cəfərov 2016-cı ilin mart ayında Prezidentin İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

2020-ci ilin aprelində Ali Məhkəmə İlqar Məmmədov və onun partiyadaşı Rəsul Cəfərovun məhkumluqlarını götürüb, onlara qanunsuz həbslərinə görə kompensasiya ödəyib.

XS
SM
MD
LG