Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:34

Məhkəmə radioya qarşı cərimələri qüvvədə saxlayır


AzadAvropa/AzadlıqRadiosu-nun Moskva bürosu
AzadAvropa/AzadlıqRadiosu-nun Moskva bürosu

Martın 3-də Tverskoy Məhkəməsinin hakimi Aleksey Krivoruçko AzadAvropa/AzadlıqRadiosu-na kəsilmiş cərimələri təsdiqləyib

ABŞ Dövlət Departamenti Rusiya hökumətinin “ifadə azadlığını boğmaq” cəhdlərindən “dərin narahatlıq” bildirib.

Departamentin sözçüsü Ned Prays bəyanatı martın 3-də verib. Elə həmin gün Moskvada hakim ABŞ-ın maliyyələşdirdiyi AzadAvropa/AzadlıqRadiosu-nun ona kəsilmiş cərimələrlə bağlı beş şikayətini rədd edib. Cərimələr Rusiyanın qalmaqallı “xarici agent” qanunu çərçivəsində tətbiq olunub.

“Rusiyanın repressiv xarici agent qeydiyyatı qanunları çərçivəsində cərimələrdən AzadAvropa/AzadlıqRadiosu-nun şikayətlərinin rədd olunmasından narahatıq. Bu qanunlar radionun işini əngəlləmək yönündə daha bir addımdır…” – Prays deyib.

Radio cərimələri rədd edir

Sözçü Moskvanın hərəkətlərini “qəbuledilməz” adlandırıb və deyib: “Rusiyada müstəqil və beynəlxalq media orqanlarına dəstəyi davam etdirəcəyik”.

Martın 3-də Tverskoy Məhkəməsinin hakimi Aleksey Krivoruçko AzadAvropa/AzadlıqRadiosu-na kəsilmiş cərimələri təsdiqləyib. Aşağı instansiya məhkəməsi cərimələri fevralın 10-da kəsib. Səbəb radionun “Roskomnadzor” medianın monitorinqi agentliyinin qaydalarına uyğun olaraq materiallarının “xarici agent” tərəfindən hazırlandığını qeyd etməməsidir.

“AzadAvropa/AzadlıqRadiosu bu cərimələri rədd edir, Rusiya məhkəməsinin şikayətimizi rədd etməsini qəbul etmirik”, – Radionun Prezidenti Ceymi Flay qərara belə reaksiya verib.

Onun sözlərinə görə, “Roskomnadzor”un yeni qaydaları “dövlətin himayəsilə media azadlığına hücumdur, Rusiya Konstitusiyası və Rusiya media qanununu pozur”.

“AzadAvropa/AzadlıqRadiosu bu tələblərə etiraz edəcək, şikayət verəcək”, – Flay vurğulayıb.

Bu məsələ üzrə bir neçə şikayətə hələ baxılır, amma radionun cərimələri ödəməyə 60 günü var. 3 mart qərarından da şikayət verilə bilər.

142 iş üzrə cərimə kəsilib

“AzadAvropa/AzadlıqRadiosu Rusiyada artmaqda olan izləyicilərini tərk etməyəcək, Kremlin təzyiq kampaniyasına baxmayaraq, obyektiv və müstəqil jurnalistika ilə məşğul olmaqda davam edəcək”, – Flay deyib.

Yanvarın 14-dən “Roskomnadzor” radioya qarşı sözügedən tələblərin pozulmasına görə 260 iş açıb. Moskvada məhkəmə 142 iş üzrə cərimə kəsib və ümumi cərimələrin məbləği 1 milyon dollara yaxındır.

Rusiyanın “xarici agent” qanunvericiliyi 2012-ci ildə qəbul olunub, sonradan ona dəfələrlə dəyişiklik edilib. Qanun xaricdən maliyyələşən və hökumətin mövqeyincə, siyasi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatlarından tələb edir ki, qeydiyyatdan keçsinlər, özlərini “xarici agent” kimi təqdim etsinlər və fəaliyyətləri haqda məlumat versinlər.

Qanun sonradan modifikasiya olunaraq AzadAvropa/AzadlıqRadiosu-nun Rusiya xidməti, daha altı rusdilli xidmətini hədəfə aldı.

XS
SM
MD
LG