Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:46

Putin ‘xarici agent’ qanununu pozanlar üçün cərimələri imzalayır


Rusiyada etiraz aksiyası, 31 yanvar, 2021-ci il
Rusiyada etiraz aksiyası, 31 yanvar, 2021-ci il

Prezident polisə və təhlükəsizlik qüvvələrinə itaətsizliyə görə cərimələri ciddi şəkildə artıran qanunu da imzalayıb

Rusiya Prezidenti Vladimir Putin qalmaqallı “xarici agent” qanununu pozanlar üçün cərimələri imzalayıb. Prezident etirazlarla bağlı qanunvericiliyə də imza atıb, bu sıraya yürüşlərin maliyyələşdirilməsi, hüquq-mühafizə orqanlarına itaətsizliyə görə cərimələr daxildir.

Putinin fevralın 24-də imzaladığı qanunlara görə, “xarici agentlər” barədə, yaxud onların statusunu bildirmədən materiallarını yaymağa görə fərdlər üçün 2 min 500 rubl ($33.5), qurumlar üçün 500 min rubl ($6,720) cərimə tətbiq oluna bilər.


Polisə itaətsizliyə görə cərimə artırılır

Yeni qanun kütləvi informasiya vasitəsində belə informasiyanın yayılması üçün inzibati məsuliyyət tətbiq edir, həm “xarici agent olan hüquqi şəxslər”ə, həm də “xarici agent” fərdlərə və vətəndaş cəmiyyətlərinə aiddir.

Putinin fevralın 24-də imzaladığı digər qanunlar çərçivəsində yürüşü qanunsuz maliyyələşdirməkdə təqsirli bilinən fərdlər 15 min rubl (200 dollar), rəsmilər və təşkilatlar isə 30 min rubl (400 dollar) və 100 min rubl ($1,345) cərimələnə bilərlər.

Prezident polisə və təhlükəsizlik qüvvələrinə itaətsizliyə görə cərimələri ciddi şəkildə artıran qanunu da imzalayıb.

Rusiyanın “xarici agent” qanunvericiliyi 2012-ci ildə qəbul olunub, o vaxtdan dəfələrlə modifikasiya edilib. Qanun xaricdən maliyyələşən və hökumətin mövqeyincə, siyasi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatlarından tələb edir ki, qeydiyyatdan keçsinlər, özlərini “xarici agent” kimi təqdim etsinlər və fəaliyyətləri haqda məlumat versinlər.

Qanun sonradan modifikasiya olunaraq AzadAvropa/AzadlıqRadiosu-nun Rusiya xidməti, daha altı rusdilli xidmətini hədəfə aldı.


1 milyon dollara yaxın cərimə

2020-ci ilin sonunda qanunvericiliyə edilən dəyişiklik Rusiya hökumətinə xarici jurnalistlər daxil olmaqla fərdləri “xarici agent” siyahısına salmağa, onlara qadağalar qoymağa imkan yaradır.

“Roskomnadzor” dövlət media tənzimləyicisinin ötən il qəbul etdiyi qaydalara görə, sözügedən media orqanları materiallarını xüsusi qeydlə dərc etməli, yaxud efirə verməlidirlər. Agentlik AzadAvropa/AzadlıqRadiosu-nun xəbər vebsaytlarına qarşı yüzlərlə şikayət hazırlayıb. Məhkəmə bu iddiaları təmin edərsə, ümumilikdə 1 milyon dollara yaxın cərimə deməkdir.

Radio isə cərimələri “dövlət dəstəyilə qorxutma kampaniyası”, Dövlət Departamenti “dözülməz” adlandırıb. “Human Rights Watch” insan haqları təşkilatının mövqeyincə, xarici agent qanunu “məhdudlaşdırıcı”dır, məqsədi “müstəqil qrupları qaralamaqdır”.

Vladimir Putin hakimiyyətə gələndən Kreml müstəqil medianı sıxışdırıb. Ölkə Sərhədsiz Reportyorlar təşkilatının Mətbuat Azadlığı İndeksində 180 ölkə içində 149-cu yerdədir.

XS
SM
MD
LG