Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:50

Azərbaycanda vaksinasiya sürətli yoxsa ləng gedir?


Macarıstanda peyvənd vurulması, 28 yanvar 2021
Macarıstanda peyvənd vurulması, 28 yanvar 2021


Azərbaycanda yanvarın 18-dən başlayan koronavirusa qarşı peyvəndləmə prosesində 50 min nəfərə yaxın vətəndaş iştirak edib. Peyvənd olunanların əksəriyyəti səhiyyə işçiləridir.
Bu barədə yanvarın 28-də Azərbaycan Nazirlər Kabinetindən bildirmişdilər.
Halbuki, bəzi ölkələrdə bu prosesin daha sürətlə aparldığı bildirilir. Xüsusilə Azərbaycan kimi eyni vaksindən istifadə edən, prosesə ondan cəmi bir neçə gün tez başlayan Türkiyədə artıq, milyon nəfərdən bəhs edilir

Azərbaycanda vaksinasiya prosesi ləng gedirmi? Ləng gedirsə bunun səbəbləri nədir?

Səhiyyə Nazirliyi:«Proses nəzərdə tutulmuş sürətlə gedir”

Arxiv foto
Arxiv foto

Səhiyyə Nazirliyindən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, vaksinasiya prosesində heç bir ləngimə yoxdur:

«Proses nəzərdə tutulmuş sürətlə gedir. Bildiyiniz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş «Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası» mövcüddur. Vaksinasiya həmin strategiyanın çərçivəsində həyata keçirilir».

Qurumdan vurğulanıb ki, Azərbaycanda vaksinasiya olunmuş şəxslərin sayını Türkiyədəki say ilə muqayisə etmək doğru deyil:

«Nəzərə alsaq ki, Türkiyədə əhalinin sayı 80 milyondan çoxdur, bizdə isə 10 milyondur, belə bir fərq təbiidir».

Vaksin vurulması, arxiv foto
Vaksin vurulması, arxiv foto

Səhiyyə Nazirliyindən qeyd olunub ki, hazırda tibb işçiləri peyvənd olunur:

«Vaksinasiya könüllü şəkildə aparılır. Digər qrup əhalinin peyvəndləmə prosesinə nə vaxt cəlb edilməsi ilə bağlı əlavə məlumat veriləcək».

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə hesab edir ki, vaksinasiya prosesində müəyyən ləngimələr var. O, “Turan” Agentliyinə bildirib ki, bu, bir çox insanların peyvənddən keçməyə meyl etmədiklərinə görədir:

“Maariflənmə işində boşluq var»

«Çünki maariflədirmə işi zəyif aparıldı. Digər tərəfdən peyvəndlə bağlı neqativ paylaşımlar isə maraqla qarşılanır və insanlar həmin şayiələrə inanırlar. Bu da ondan irəli gəlir ki, maariflənmə işində boşluq var».

Mütəxəssis sonra da deyib:

“Biz vaksinasiya prosesini sürətləndirməliyik, amma maarifləndirmə yolu ilə. Maarifləndirmə mərkəzləşdirilmiş qaydada, bütün tibb işçiləri, aidiyyatlı qurumlar tərəfindən aparılmalıdır».

“Belə məntəqələrin sayı artmalıdır»

A. Əliyev qeyd edib ki, vaksinasiya prosesində ləngimələr həmçinin vaksinasiya məntəqələrin az olması ilə bağlıdır:

«Hesab edirəm ki, belə məntəqələrin sayı artmalıdır».

Bu mövzuda Azadlıq Radiosuna danışan bəzi ekspertlər isə deyiblər ki, bu işlərin Azərbaycanda təşkili heç də bu prosesin sürətli aparılmasına imkan vermir.

Vaksinlər ölkəyə mərhələlərlə gətirilir?

Koronavurusa qarşı peyvənd, arxiv foto
Koronavurusa qarşı peyvənd, arxiv foto

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya yanvarın 18-dən start verilib. İlk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb etdiyi heyət peyvənd olunur.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX platforması çərçivəsində Çinin "Sinovac" şirkəti ilə danışıqlar aparıb. Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Vaksinasiyasının ikinci mərhələsinin fevralın 1-dən başlanacağı gözlənilir. İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda yer alanlara, 50 yaş, daha yuxarı ən az bir xroniki xəstəliyi olanlara, təhsil və bir sıra xidmət sahələrində çalışanlara üstünlük tanınmalıdır.

Həmməruzəçi:"İlham Əliyev qalib gəldi, indi söz azadlığı ilə nəcib davransın"
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.2 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 229 min 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 119 nəfərin vəfat etdiyi açıqlanıb

XS
SM
MD
LG