Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:36

İran Rusiya neft şirkətlərinin investisiyalarını cəlb etmək istəyir


İranın neft naziri Bijan Zəngəne
İranın neft naziri Bijan Zəngəne

İran öz neft yataqlarının inkişaf etdirilməsi üçün Rusiya neft şirkətlərinin investisiyalarını cəlb etməyi arzulayır.

Bu barədə bəyanatı İranın neft naziri Bijan Zəngəne verib.

Oilprice.com saytı yazır ki, İran özünün neft sənayesinə investisiyalar cəlb etməklə kifayətlənməyəcəyini, habelə sərt ABŞ sanksiyalarının təsirini azaltmaq məqsədilə Rusiya ilə əməkdaşlığı genişləndirmək istədiyini bildirir.

ABŞ sanksiyaları İranı onun əsas valyuta mənbəyi olan neft ixracatından məhrum etməyə hesablanıb.

ABŞ prezidenti Donald Tramp İran üzərinə ABŞ sanksiyalarını bərpa edərkən bildirmişdi ki, Vaşinqton İranın “bir damcı da olsa” neft sata bilməməsinə nail olacaq.

İki bəla

Bu həftə Rusiya baş nazirinin müavini Aleksansdr Novak İranın neft naziri ilə görüşüb.

Novak deyib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr uğurla inkişaf etdirilir:

“Bu il bütün qlobal icma üçün çətin olsa da, Rusiya və İran arasında iqtisadi əlaqələr mövcud dinamikasını itirməyib, əksinə daha fəal və mənalı olub”.

Məqalədə deyilir ki, bu danışıqlar İran üçün xüsusilə mürəkkəb dövrə təsadüf edib.

ABŞ sanksiyalarlından əzab çəkən İrana habelə COVID-19 pandemiyası ağır zərbə vurub.

Bir sıra tibb ekspertləri deyirlər ki, İran iqtisadi depressiya içində olduğu bir vaxtda koronavirus pandemiyasına görə fəlakətlə üzləşə bilər.

Bu da qeyd olunur ki, İranda iqtisadi tənəzzül və misli görünməmiş səhiyyə problemləri cinayətkarlığın, intiharların artmasına, bizneslərin bağlanmasına, həyat səviyyəsinin düşməsinə, adamların işini və evini itirməsinə səbəb olub.

Məqalədə deyilir ki, bütün bunlar İranı enerji sahəsində Rusiya ilə daha yaxın münasibətlərə sövq edir.

Çin və Rusiya şirkətləri hazırda İranın enerji sahəsində qalan iki xarici tərəfdaşdır.

XS
SM
MD
LG