Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:30

The Economist 'ruhlar şəhəri'ndən yazır


Ağdam məscidi, 20 noyabr, 2020-ci il
Ağdam məscidi, 20 noyabr, 2020-ci il

Məqalədə deyilir ki, Qarabağ ətrafındakı rayonlar yaşanılmaz hala gətirilib, evlər buldozerlə dağıdılıb, talançılar keçmiş sakinlərin geridə buraxdığı hər şeyi daşıyıb aparıblar

“The Economist” dərgisi azərbaycanlıların işğaldan azad olunmuş rayonlara, doğma evlərinə necə qayıdacağından yazır. “Ruhlar şəhəri və kədər. Azərbaycanlılar viran qoyulmuş evlərinə dönürlər” başlıqlı məqalədə Füzuli, Ağdam rayonlarının dağıldığı, torpağa minlərlə mina basdırıldığı qeyd edilir.

“Ürəyim sancır”

Təqaüdçü Aidə Hüseynova 19-cu əsrdə tikilmiş Ağdam məscidinin şəklini çəkir. O, yurdundan-yuvasından 1993-cü ildə didərgin düşüb. “Ürəyim sancır. Bütün bunları görmək istəmirəm”, – o deyib.

Ağdam rayonu bu il noyabrın 20-də Azərbaycana təhvil verilib.

Məqalədə deyilir ki, Qarabağ ətrafındakı rayonlar yaşanılmaz hala gətirilib, evlər buldozerlə dağıdılıb, talançılar keçmiş sakinlərin geridə buraxdığı hər şeyi daşıyıb aparıblar. Bəziləri bu şəhərlərin bərpasına 15 milyard dollar gərəkdiyini desə də Azərbaycan hökuməti hələlik, hesablama aparmayıb.

“Azərbaycan qaçqınlarının çoxu ehtiyac işində yaşadığı vaxtda ölkənin yuxarı təbəqəsi neft hesabına varlanıb. Bakının kənarında köhnə binaların birində Füzulidən olan Kərim Əliyev dörd qohumuyla birlikdə birotaqlı mənzildə yaşayır. O deyir ki, birinci Qarabağ müharibəsində həlak olmuş qardaşını öz kəndlərində dəfn etmək üçün hələ yaşamaq istəyir”, – məqalədə deyilir.

Erməni valideynlər rəsmilərdən əsir övladlarının qaytarılmasını tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

1 milyard dollar

Prezidentin köməkçisi Hikmət Hacıyev dərgiyə deyib ki, hökumət hər il qaçqınlara 1 milyard dollar xərcləyir, “amma çoxları bunu yetərli saymır”, – “The Economist” yazır.

Təqaüdçü Hüseynova isə müharibədən qabaq erməni qonşularının olduğunu, amma indi onları görərsə söyəcəyini deyib. “Ağdamdan olan azərbaycanlı kimi onlarla yanaşı yaşamaq istəmirəm”, – qadın vurğulayıb.

Elə dərgi də azərbaycanlılarla ermənilər arasındakı nifrəti yumşaltmağın çox çətin olacağını qeyd edir.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini bildirib. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG