Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:47

Sanksiyalar yaxınlaşdıqca lirə ucuzlaşır


S-400 Ankara yaxınlığında, 2019-cu il
S-400 Ankara yaxınlığında, 2019-cu il

ABŞ-ın 740 milyard dollarlıq illik hərbi büdcəsində Ağ evə sanksiya siyahısı təqdim olunur

Cümə günü – dekabrın 4-də türk lirəsi qısa müddətə ucuzlaşıb. Səbəb ABŞ konqresmenlərinin hərbi büdcəyə Türkiyəyə sanksiyaları salmasıdır. Vaşinqton NATO müttəfiqini ötən il Rusiyadan S-400 raketdən müdafiə sistemləri aldığına görə cəzalandırmaq niyyətindədir, onların NATO əməliyyatlarına uyğun olmadığını bildirir.

60 ildə ilk veto

ABŞ-ın 740 milyard dollarlıq illik hərbi büdcəsində Ağ evə sanksiya siyahısı təqdim olunur.

Gələn ay vəzifədən getməli olan Prezident Donald Tramp sənədə bir neçə müddəasından dolayı veto qoyacağını bildirir. Ancaq bundan ötrü ona Konqresin dəstəyi lazım olacaq və üstəlik 60 ilə yaxın müddətdə ilk belə veto ola bilər.

Türkiyənin Xarici İşlər Nazirliyi məsələni hələlik, şərh etməyib.

Rusiya S-400 yer-hava tipli sistemləri ötən il göndərib və Türkiyə oktyabrda onları sınaqdan çıxarıb. Ankara S-400-lərin NATO sistemlərin inteqrasiya edilməyəcəyini, təhdid yaratmadığını deyir, birgə işçi qrup yaratmağa çağırır.

Sanksiya təhdidi bu il rekord həddə düşmüş lirəyə dərhal təsir göstərib, 1 faizədək düşüb, sonra 1 dollar 7.76 lirəyə bərabərləşib.

“Daha yüngül sanksiyalar seçsə belə...”

“Reuters” yazır ki, sanksiyalar onsuz da koronavirusdan, ikirəqəmli inflyasiyadan və ehtiyatların azalmasından əziyyət çəkən Türkiyə iqtisadiyyatına daha da ziyan vuracaq.

Yeni prezident seçilmiş Co Baydenin isə Türkiyəyə qarşı daha sərt mövqe tutacağı gözlənir. Trampın Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla isti münasibəti var.

ABŞ prezidenti mümkün sanksiyalardan nisbətən yumşaq, yaxud sərtləri seçə bilər.

“Tramp daha yüngül sanksiyalar seçsə belə, qlobal risk meylliyini nəzərə alanda yenə də lirəyə təsiri müşahidə edəcəyik”, – türkiyəli bir ticarətçi deyib.

Bu qanun layihəsi respublikaçılarla demokratlar arasında aylarla müzakirə olunub. Nümayəndələr Palatası gələn həftənin əvvəlində onu səsverməyə çıxaracaq, daha sonra Tramp 10 gün ərzində ya veto qoyacaq, ya da qüvvəyə minəcək.

Ötən il Vaşinqton S-400 sistemlərinə görə Türkiyəni F-35 qırıcıları proqramından kənarlaşdırdı.

XS
SM
MD
LG