Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:45

ABŞ Azərbaycan və Ermənistanı Minsk qrupu ilə ‘işləməyə’ çağırır


Stiven Biqun
Stiven Biqun

ABŞ dövlət katibinin müavini Stiven Biqun dekabrın 3-də ATƏT-in Nazirlər Şurasının plenar sessiyasına müraciət edib.

O deyib ki, ATƏT ərazisində olan ölkələrin suverenlik və ərazi bütövlyünə başlıca təhlükə Rusiya tərəfindən Ukraynanın Krım yarımadasının işğalıdır.

O xatırladıb ki, 2014-cü ildən bəri Rusiya təcavüzünə görə milyondan çox insan öz evini tərk etməli olub.

Biqun deyib ki, 2014-cü ildən sonra bu bölgədən olan yüzlərlə Krım tatarı, etnik ukraynalı qəddar repressiya ilə üzləşib:

"Ukrayna bizim gündəliyimizdə əsas məsələ olmalıdır. Bu tamamilə qeyri-məqbuldur ki, ATƏT-in xüsusi monitorinq qrupu əsas etibarilə Rusiya ərazisində hər gün repressiya, qısnama və məhdudiyyətlərə məruz qalır”.

Cənab Biqun bildirib ki, Birləşmiş Ştatlar Moskvanı Minsk razılaşmalarına riayət etməyə çağırır.

Biqun deyib ki, ABŞ Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq.

ABŞ dövlət katibinin müavini əlavə edib ki, ATƏT-in təməl prinsipləri təkcə Rusiya tərəfindən deyil, həm də Belarus tərəfindən pozulur.

Stiven Biqun Dağlıq Qarabağdakı vəziyyətə də toxunub:

“...Biz Ermənistan və Azərbaycan hökumətlərini Dağlıq Qarabağ münaqişəsində davamlı və dinc həll yolunun tapılması üçün Minsk qrupu həmsədrləri ilə işi bərpa etməyə çağırırıq. Bu mübahisə döyüş meydanında həll olunmayacaq. Biz döyüş əməliyyatlarının dayandırılmasını alqışlayırıq, amma bu, yalnız ilk addımdır. Bu məsələdə hər hansı dayanıqlı həll yalnız Helsinki Yekun Aktının prinsiplərinə əsaslana bilər”.

XS
SM
MD
LG