Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:34

Azərbaycan raketlərdən İsrail kimi qoruna bilərmi?


Şəhərləri raketdən necə qorumalı: İsrailin keçmiş səfiri ölkəsinin təcrübəsini bölüşür
Gözlə

No media source currently available

0:00 0:10:04 0:00

Şəhərləri raketdən necə qorumalı:İsrailin Azərbaycandakı keçmiş səfiri ölkəsinin təcrübəsini bölüşür

“İsrailin “Dəmir Günbəz” adlanan raket hücumundan müdafiə sistemi Azərbaycanda mülki vətəndaşların həyatını xilas edə bilər”

İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenklə eksklüziv müsahibə.

İsrailin mülkiləri raket hücumundan müdafiəsi barədə hansı təcrübəsi Azərbaycan üçün faydalı ola bilər?

"Çox şükür ki, bu günlər İsraildə sakitlikdir, amma ölkəmiz uzun illər ərzində müxtəlif vaxtlarda Qəzzadan, Livandan, hətta uzun müddət əvvəl İraq ərazisindən Hizbullahın, Həmasın, Səddam Hüseynin müxtəlif növ raket atışına məruz qalıb. Onlar birbaşa İsrail xalqını, mülkiləri hədəfə almışdılar. Öz vətəndaşlarını qorumaq üçün İsrail hökuməti müxtəlif addımlar atıb. Bunlardan biri də binaların xüsusi təhlükəsiz ərazilərlə tikilməsidir. Başqa bir vasitə raketdən müdafiə sistemidir. Bu sistemlər raketi havada tutub zərərsizləşdirir - sanki filmlərdəki super qəhrəmanlar kimi- kompüterdən, texnologiyadan istifadə edərək minlərlə həyatlar xilas olunur. “Iron Dome”- “Dəmir Günbəz”adlanan bu sistem dünyada çox nadirdir. Bildiyim qədər İsraildən bu sistemi almış yeganə dövlət Azərbaycandır. Azərbaycan bəzi əraziləri bu sistemlə müdafiə edir. Bu günlərdə tvitterdə yazmışdım ki, Bərdədə və Gəncədə baş verənlərdən sonra ümid edirəm ki, Azərbaycan da İsrail kimi belə müdafiə sistemindən istifadə edəcək".

Raket hücumları: Tərtərdə sığınacaqlarda daldalananlar
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Bərdəyə atılan raketlərin Smerç raketlər olduğu bildirilir. Sizcə, “Dəmir Günbəz” bu halda nə qədər kömək edə bilərdi?

"Mən təhlükəsizlik və müdafiə eksperti deyiləm, amma bilirəm ki, bu sistem bir çox növ raketləri tutub saxlaya bilir. Iron Dome əlbəttə ki, yüz faiz qarantiya vermir, amma çox effektivdir. Azərbaycanın dostu olaraq, bu ölkədə çoxlu dostları olan biri olaraq, Bakıda dörd il keçirmiş biri olaraq, arzu edərdim ki, insanlar təhlükəsiz vəziyyətdə yaşaya bilsinlər. Mən bu xəbərləri eşidəndə çox kədərlənirəm. İsraildə bu sistemlər müxtəlif batalyonlarla ölkənin müxtəlif regionlarında yerləşdirilib. Amma Azərbaycanın öz qonşusu ilə sərhədi çox uzundur. Bərdədə, Gəncədə baş verənlərdən sonra gördük ki, Azərbaycan üçün mülkiləri qorumaq çox çətindir. Mən əlbəttə istəyərdim ki, müharibə dayansın və danışıqlar ən qısa zamanda bərpa olunsun".

Mülkiləri qorumaq üçün İsrail hökuməti başqa hansı tədbirlər görür?

"İsrailin müəyyən ərazilərində şəhəri planlaşdırarkən, Müdafiə Nazirliyi də daxil olmaqla, hökumət üzvləri müəyyən infrastruktur yaradıblar ki, vətəndaşların təhlükəsizliyini təmin etsinlər. Biz 1-2-ci sinif şagirdlərinə öyrədirik ki, həyacan siqnalı eşidəndə nə etmək lazımdır. Onların təhlükəsiz otağa qaçmaq üçün cəmi 10-15 saniyəsi olur. Uşaqlara bunu öyrətmək məcburiyyətində olmaq nə qədər pis haldır, elə deyilmi?! Yaxın Şərqdə həyat reallığı budur. Əgər istəyiriksə ki, insanlar yalnız paytaxt Tel-Əvivdə yox, ölkənin şimalında və cənubunda da yaşasınlar, hökumətimizin ilk işi belə infrastruktur yaratmaqdır ki, bizim təhlükəsizliyimizi təmin etsin. İsraildə hökumətin vətəndaşlar qarşısında bu öhdəliyi ilə bağlı fərqindəlik yüksəkdir- xalq hədəfə çevrilibsə, gərək hökumət insanlarımızı qorusun".

İsrail təcrübəsi: "Dəmir Günbəz" və Azərbaycanı raketdən müdafiə etməyin yolu haqda
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

"Son 20-25 ildə bütün yaşayış evlərinin tikinti layihələrinə başlamaq məqsədilə hökumətdən icazə almaq üçün şirkətlər həm də gərək binada təhlükəsizlik ərazisinin və ya bunkerin olması ilə bağlı sənəd təqdim etsinlər. Mən İsrailin mərkəzində 11-ci mərtəbədə yaşayıram. Hətta bizim mənzilimizdə də polad qapılı təhlükəsiz otaq və ərazi var. Əgər bizim şəhərə hücum olarsa, qorunacağımız yer var".

Hücumların baş verdiyi dönəmlərdə telekanallarda mülki müdafiə ilə sosial çarxlar yayımlanırdı. Əminəm ki, koronavirusdan qorunmaq barədə Azərbaycanda belə videolar yayımlanır. Təəssüf ki, həm İsraildə, həm Azərbaycanda bunu raketlərlə də bağlı etmək lazımdır.

XS
SM
MD
LG