Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:36

Ermənistanda silahlı qruplaşma üzvlərinin uzunmüddətli həbsi tələb olunub


Sasna Tsrer işi, 12 avqust, 2020-ci il
Sasna Tsrer işi, 12 avqust, 2020-ci il

2016-cı ilin iyulunda Yerevanın Erebuni rayonunda polis şöbəsini tutmuş silahlılara istefada olan polkovnik Varuzhan Avetisian başçılıq edirdi

Ermənistanda dövlət ittihamçısı silahlı qruplaşma üzvlərinə uzunmüddətli həbs cəzaları tələb edib. Sasna Tsrer qrupunun üzvləri 2016-cı ildə paytaxt Yerevanda polis şöbəsini tutaraq siyasi tələblər irəli sürmüşdülər.

Qruplaşmaya bir sıra tanınmış Qarabağ (Azərbaycanın Qarabağ vilayəti və ətraf rayonlar Ermənistanın işğalı altındadır – red.) müharibəsi veteranları daxildir. 20-dən çox üzv saxlansa da, onların çoxu 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişəndə azad olundu. Bir çoxu parlament üzvlərinin zəmanətilə buraxıldı.

2016-cı ilin iyulunda Yerevanın Erebuni rayonunda polis şöbəsini tutmuş silahlılara istefada olan polkovnik Varuzhan Avetisian başçılıq edirdi. Onlar ovaxtkı prezident Serzh Sarkisian-dan həbsdə olan millətçi siyasətçi Zhirayr Sefilian-ı buraxmağı və istefa verməyi tələb edirdilər.

Dövlət ittihamçısı Arthur Chakhoian
Dövlət ittihamçısı Arthur Chakhoian

Qruplaşma üzvləri proses zamanı özlərini müdafiə ediblər

İki həftə çəkən qarşıdurmada 3 polis əməkdaşı həlak oldu, girovlar götürülmüşdü, sonucda silahı yerə qoydular.

Avqustun 12-də prokuror Artur Chakhoian Avetisian və qrupun başqa bir lideri Pavel Manukian-ın uyğun olaraq 8 il 9 ay və 9 il həbsə məhkum edilməsini istəyib.

Sasna Tsrer üzvləri Smbat BarseghianArmen Bilian-a isə uyğun olaraq ömürlük və 21 il həbs tələb olunub.

Prokuror mühakimə olunan digər üzvlərə 8-9 il həbs cəzası tələb edib.

Proses zamanı Sasna Tsrer üzvləri, özlərinin dediyi kimi, opressiv rejimə qarşı üsyan hüquqlarından istifadə etdiklərini deyiblər.

Sasna Tsrer hərəkatı əsasında formalaşdırılmış, Avetisian-ın rəhbərlik etdiyi siyasi partiya 2018-ci ilin dekabrında erkən parlament seçkisinə qatıldı. Ancaq partiya parlamentə düşmək üçün gərəkən 5 faizlik baryeri aşa bilmədi, 2 faizdən də az səs yığdı.

Serzh Sarkisian 2018-ci ilin aprelində kütləvi küçə etirazları nəticəsində baş nazir postundan getməli oldu, etirazların lideri Nikol Pashinian hakimiyyətə gəldi.

XS
SM
MD
LG