Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:59

“Ölkə təhsili fövqəladə vəziyyətə hazır deyil” 


Kamran Əsədov
Kamran Əsədov

Ölkədə yeni dərs ilinin başlanmasına bir aydan bir qədər çox vaxt qalır. Məsələ burasındadır ki, COVİD-19 pandemiyası ilə bağlı ölkədə dərslər martın 3-dən dayandırılıb. Nəticədə, ötən təhsil ilində 3 aydan çox dərslərin on-layn keçirildiyi bildirilib.Bu dərs ilinin isə vaxtında başlayacağı, hələlik,qəti müəyyən edilməyib.

Amma ekspertlərin fikrincə, həmin 3 aylıq təcrübə bir sıra problemləri də üzə çıxarıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kamran Əsədov Azadlıq Radiosuna deyib ki, təhsil haqqında qanunda və təhsillə bağlı dövlət strategiyasında distant təhsil (DT) təhsil növü sayılır. Amma onun qeyd etməsinə görə, təhsil pilləsi kimi bununla bağlı hər hansı qanun, qərar və ya sərəncam yoxdur:

“Baş nazir tədirisin on-layn keçirilməsi üçün qərar verməlidir”

“Bu səbəbdən Azərbaycanda mart ayının 3-dən bu yana keçirilən on-layn tədris özü qanunsuzdur. Çünki, bunun hüquqi baxımdan əsası yoxdur. Çıxış yolu budur ki, Baş nazir tədirisin on-layn formatda keçirilməsi üçün qərar verməlidir”.

K.Əsədov hesab edir ki, pandemiya riskilə bağlı yeni dərs ilində böyük ehtimalla ənənəvi tədris olmaya bilər, amma onda bu halda distant təhsilin tətbiqi ilə bağlı parlament qərar verməlidir.

K.Əsədova görə, daha bir problem budur ki, Azərbaycan bir tərəfdən distant təhsili təhsil növü kimi qəbul edir, digər tərəfdən xarici ölkələrdə distant təhsil almış azərbaycanlı tələbələrin diplomlarını tanımır:

“Türkiyədə 2 min nəfər azərbaycanlı distant təhsil alıb, diplomları tanınmır”

“Təkcə elə Türkiyədə 2 min nəfər azərbaycanlı distant təhsil alıb ki, diplomları tanınmır. O zaman sual edilir ki, ölkədə distant təhsil təhsil forması kimi tanınırsa, digərlərinin bu növ üzrə aldıqları diplomlarının tanınmaması nə deməkdir?”.

K.Əsədov deyib ki, bu sahədə problemlərdən biri də distant təhsilin hüququ bazasının, informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə vərdişlərinin yetərincə olmamasıdır.

“İnternet zəif, maddi-texniki baza günün tələbinə cavab vermir”

Onun fikrincə, daha bir problem isə bu sahədə qanunvericilik bazasının və onu hazırlayacaq mütəxəssislərin olmamasıdır:

“Azərbaycan təhsil idarəçiliyi hələ XX əsrin 80-ci illərində qalıb, yeni tədris tələbləri ilə ayaqlaşa bimir. İnternet zəif, maddi-texniki baza günün tələbinə cavab vermir. Bu halda Distant Təhsil Mərkəzləri harada və necə qurulacaq?”

Deputat Etibar Əliyev də mövzu ilə bağlı “Turan” agentliyinə deyib ki, pandemiya Azərbaycanda distant təhsilə hazırlıq səviyyəsinin yüksək olmadığını ortaya qoydu. Onun qeyd etməsinə görə, məlum oldu ki, bir-iki ali məktəb istisna olmaqla distant təhsilin həyata keçirilməsində xeyli problem var.

Etibar Əliyev
Etibar Əliyev

Deputatın fikrincə, ilkin olaraq distant təhsilin qanunvericilik bazası yaradılmalıdır, çünki bu baza yoxdur:

“Nazirlər Kabineti, hələlik,...”

“Bu proses uzun vaxt tələb etdiyi üçün Nazirlər Kabineti, hələlik, tədrisin idarə olunması üçün müvəqqəti qaydalar da qəbul edə bilər”.

E.Əliyev bildirib ki, 2007-12-ci illərdə orta məktəblərin İKT təminatı ilə bağlı proqram qəbui edilmişdi, təhsil forması kimi distant təhsilin maddi-texnki bazasının yaradıması da nəzərdə tutulurdu:

“Təxminən 30 miyon manata yaxın vəsait də ayrlmışdı. Amma internet ödənişinin baha olmasını əsas gətirərək o zaman şagirdlərin çoxu distant dərslərdə iştirak etmədilər”.

Deputat əlavə edib ki, indiyə kimi ali məktəblərdə distant təhsil ənənəvi təhsilin davamı olmalı, maddi-texniki bazasının yaradılması isə başa çatmalı idi:

“Pandemiyanın nə zaman bitəcəyi hələ məlum deyil”

“Hansi univeristetlər ki, məsələyə innovativ yanaşıblarsa distant təhsil ənənəvi təhsili tamamalayacaq və təhsildə fasiləsizlik təmin olunacaq. Bunu bacarmayan univeristetlər isə ənənəvi tədrisi gözləyəcəklər. Amma bunun üçün əsas problem olan pandemiyanın nə zaman bitəcəyi hələ məlum deyil”.

Azərbaycan Dövlət Predoqoji Universitetinin Distant Təhsil üzrə eksperti İlham Əhmədov isə hesab edir ki, Təhsil Nazirliyi çox gec bu məsələyə “əl qoyub” və bu nazirliyin son 20 ildə fəaliyyətinin səmərəsizliyinin göstəricisidir.

“Ölkə təhsili fövqəladə vəziyyətdə fəaliyyətə hazır deyil”.

“Söhbət 5 minə yaxın orta məktəbdə, ali məktəblərdə milyonalarla şagird, tələbə və müəlimdən gedir və məlum oldu ki, ölkə təhsili fövəqladə vəziyyətdə fəaliyyət göstərməyə hazır deyil”.

İ.Əhmədova görə, Azərbaycan universitetləri məhdud maliyyə imkanları ilə DT sistemi yaratmağa qadir deyil.

“Beynəlxalq səviyyədə belə bir sistemi qurmaq üçün universitetlərə ən azı 5-10 il vaxt və 10-15 milyon dollar vəsait lazımdır. Orta məktəblərdə DT sistemi qurmağa gəlincə bunu xeyli əvvəl etmək lazım idi. İndi sıfırdan başlamalı, mütəxəssislər cəlb olunmalıdıır. İndi də təsil sistemində sınaq yolu ilə bəzi cəhdlərlə şagird və tələblərin proqramdan geri qalmasını azalatmaq istəyirlər”.

Bu fikirlərə, hələlik, Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda distant təhsil mövzusu 2000-ci illərin əvvəlindən maraq kəsb etməyə başlayıb. 2007-12-ci illərdə orta məktəblərin informasiya-kommunikasiya texnologiyaları (İKT) təminatı ilə bağlı proqram qəbul edilmişdi.

2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunun 13-cü maddəsinə görə, distant təhsil Azərbaycanda əyani, qiyabi, sərbəst də daxil olmaqla dörd təhsil formasından biri sayılır.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın (2013-cü ildə qəbul edilib) 4.3 maddəsində distant təhsil üzrə Təhsil Mərkəzlərinin yaradılması irəli sürülürdü.

Verilən məlumata görə, Azərbaycan İqtisad Universiteti istisna olmaqla digər universitetlər distant qəbul keçirmir.

XS
SM
MD
LG