Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:37

Karantinin sərtləşdirildiyi cənub rayonlarında nə var nə yox?


Karantin rejimi, arxiv foto
Karantin rejimi, arxiv foto

Azərbaycanda karantinin sərtləşdirildiyi yerlərin arasında Masallı və Cəlilabad şəhərlərin adları da var.Hazırda, bu siyahıya ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərləri və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonları daxildir.

Koronavirusla bağlı Masallıda “Operativ Qərargah Covid-19” fəaliyyət göstərir. Qərargahın Masallı Rayon İcra Hakimiyyətinin rəsmi saytında avqustun 6-da yayılan məlumatna görə, rayon ərazisində 8484 test aparılıb, 265 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Habelə qeyd edildiyinə görə, onlaradan 240 nəfəri sağalaraq evə buraxılıb,14 nəfər vəfat edib.11 nəfər xəstədən 10 nəfərinin xəstəxanada, 1 nəfəri isə ev şəraitində müalicə aldığı qeyd olunur. Rayonda koronavirusdan ilk ölüm hadisəsi iyunun 8-də qeydə alınıb.

“Uzun müddət yoluxanların sayı gizlədildi”

Zahir Əmənov, 2020
Zahir Əmənov, 2020

Cənub. az saytın sahibi və redaktoru Zahir Əmənov rayonlarda koronavirusla bağlı verilən məlumatlardan narazı qaldığını söyləyir:

“Uzun müddət yoluxanların sayı gizlədildi, yaxud da detalları ilə verilmədi. Sonra rəqəmləri fırlada-fırlada verdilər. İnsanlar ağızdan-ağıza eşitdilər ki, filan kənddə filan qədər yoluxma, yaxud da ölən var. Masallı yeganə rayondur ki, koronavirusla bağlı qərargah yaradıb. Qərargah da bu barədə müntəzəm məlumatlar verir. Ancaq bu məlumatlarda aydın olmayan hallar var. Açıq vermək lazımdır ki, bir gündə neçə nəfər yoluxub və neçə nəfər ölüb ”

Zahir Əmənov Masallı şəhərində sərt karantin rejiminin saxlanmasına əsas görmür:

“Ən çox yoluxma iyulun 8-də olub, 16 nəfər” “Masallı şəhərində koronavirusla bağlı qərargahın verdiyi rəqəmlər əsasında cədvəl də çap etmişik. Məlum olur ki, ən çox yoluxma iyulun 8-də olub, 16 nəfər. İyul ayında 10 gün yoluxma qeydə alınmayıb. İyulun 14-də Tovuzda ( Azərbaycan Ermənistan sərhəddində iki ölkənin sialhlı qüvvələri arasında döyüşdə-red) qəhrəmancasına həlak olmuş mayor Anar Novruzov burada dəfn edildi. Dəfndə 25 min adam iştirak edirdi. Narahat idik ki, dəfndən sonra virusa yoluxanların sayı artacaq. Cədvəldən də göründüyü kimi yoluxma tamamilə azalıb”.

.Əmənovun fikrincə, azalma ola-ola Masallı şəhərində sərt karantinin saxlanması başa düşülən deyil. Rayonun Təklə kənd sakini Səmədağa Həmidov da deyir ki, Masallı şəhərində sərt karantin rejimi olduğu üçün yetişdirdikləri kənd təsərrüfatı məhsullarını satmaqda çətinlik çəkirlər:

“Sərt karantin rejiminin bitməsini gözləyirik”

Bazar, arxiv foto
Bazar, arxiv foto

“Bazara getmək üçün icazə lazımdır. Şəhərdə bazar həmişə olmur. Olanda da alıcı olmur. Sərt karantin rejiminin bitməsini gözləyirik.” Cəlilabad rayon sakini, ixtisasca həkim olan Davud Qurbanovun sözlərinə görə, isə rayonda virusa yoluxanlar və ölənlər barəsində məlumatlar verilmir:

“Məlumat verilmir”

“Məlumat verilmir. Biz bilmirik ki, nə qədər yoluxma var, neçəsi dünyasını dəyişib. Əhaliyə məlumat verməlidirlər ki,bu hallara görə, Cəlilabad şəhərində sərt karantin rejimi tətbiq edilib. Cəlilabad şəhərində ərzaq mağazaları işləyir, sənye malları satan mağazalar işləmir.İcazə yoxdur. Əlləri yumaq, məsafə saxlamaq lazımdır. Bizə satılan tibbi maska tələblərə cavab vermir. İnamıram ki,bu maska ilə yoluxmanın qarşısı alınsın. Yoluxmanın qarşısını almaq üçün xüsusi maska olmalıdır. Əhali yorulub gözləmkdən. Sərt karantin rejimi adi rejimlə əvəz olunmalıdır.”

Cəlilabad Rayon İcra Hakimiyyəti aparatının saytında koronavirusla bağlı heç bir məlumata rast gəlmədik. Rayon rəsmiləri və Nazirlər Kabineti yanında Operativ Qərargahla da bu mövzuda danışmaq cəhdlərimiz nəticə vermədi.

Masallı, 2019
Masallı, 2019

Masallı Rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Adəm Məhrrəmov isə mövzu ilə bağlı bunları deyib:

“İki gündür yoluxma yoxdur. Karantin rejiminin dəyşməsi ilə bağlı qərarı biz vermirik. Masallı şəhərində iki bazar var. Biri bağlıdır. Kənd təsərrüfatı məhsulları satılan bazar isə işləyir. Məhsul satışında heç bir problem yoxdur.”

Yeri gəlmişkən Nazirlər Kabineti yanında Operativ Qərargah karantinin sərtləşdirildiyi yerlərdə avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqqında qərar qəbul edib.

Ora qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) də fəaliyyəti daxildir.Habeləbir sıra istehsalat sahələri...

Xatırlatma

COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uazadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı. Amma bu əks-proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirildi. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazə almalı olurdular. Avqustun 5-dən sərt karantin rejimi bir qədər yumşaldılıb. SMS-lə icazə yenidən ləğv edilib, çimərliklər açılıb. Bu arada işsiz və karantində işini itirən təqribən 600 min ölkə vətəndaşına aprel və may aylarında 190 manat birdəfəlik yardım verildiyi açıqlanıb.İyunda da Bakı kimi karantinin sərtləşdirildiyi bəzi bölgələrdə bu yardımın verilməsinin davam etdiyi açıqlanmışdı. Bu günlər isə bəlli oldu ki, karantinin sərtləşdirildiyi yerlərdə avqust ayında da bu yardım veriləcək.Amma arada iyul ayı ilə bağlı rəsmi heç nə deyilmir. Hökumət pandemiyanın ölkə iqtisadiyyatına, biznes və məşğulluğa ziyanının ardan qaldırılması üçün 3,5 milyard manatlıq paket olduğunu açıqlayıb.Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 19 milyon 546 mindən çox şəxsin yoluxduğu bildirilir.Onlardan da artıq 724 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi 33 min 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483 nəfərin vəfat etdiyi açıqlanıb. Rəsmi qurumların bildirməsinə görə, bundan başqa Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.

XS
SM
MD
LG