Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:52

Ayasofya qərarında 'millətçilik' və 'dini şovinizm' izləri


Cümə günü verilmiş qərardan sonra
Cümə günü verilmiş qərardan sonra

Ötən cümə günü Türkiyə Ali İnzibati Məhkəməsi Bizans dövründə kilsə kimi tikilmiş, Osmanlıların məscidə çevirdiyi, hazırda isə muzey kimi fəaliyyət göstərən Ayasofyanın yenidən məscid kimi istifadəsinə qərar verdi. “The Washington Post” qəzetində Ishaan Tharoor yazır ki, ölkəsinin islam irsini daim önə çəkən Prezident Recep Tayyip Erdogan üçün Türkiyənin ən məşhur məkanının müsəlman ibadət ocağı adını bərpa etmək güclü bir miras deməkdir.

537-ci ildə İmperator I Yustinian tərəfindən tikilmiş Ayasofya 1453-cü ildə, Osmanlılar İstanbulu fəth edəndən sonra məscidə çevrilir, ətrafında minarələr tikilir. 1937-ci ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Ataturk onun muzeyə çevrilməsi haqda qərar verir.

Ötən cümə çıxarılmış qərar gözlənən reaksiyalara səbəb olub. Rusiya Patriarxı Kirill bu addımı “bütövlükdə xristian sivilizasiyasına təhdid” adlandırıb. Bazar günü Papa Francis deyib ki, “Müqəddəs Sofiya haqda düşünür” və “dərin əzab çəkir”. BMT-nin mədəniyyət agentliyi olan UNESCO bəyanat yayaraq Türkiyə hakimiyyətinə xəbərdarlıq edib ki, “məkanın universal dəyərinə təsir göstərəcək qərar verilməsin”. Qonşu Yunanıstan, ABŞ Prezidenti Donald Trump administrasiyası, Kreml narahatlıq və etiraz bildirən notalar veriblər.

“Milyonlarla türk qışqırır”

Bəzi tənqidçilər bunu Türkiyə dünyəviliyinə zərbə adlandırıblar. “Buranı yenidən məscidə çevirmək dünyanın qalan hissəsinə bizim daha dünyəvi olmamağımızı söyləməkdir”, – Nobel mükafatı almış yazısı Orhan Pamuk BBC-yə deyib.

“Mənim kimi milyonlarla türk buna qarşı qışqırır, ancaq onların səsini eşidən yoxdur”, – o vurğulayıb.

Erdogan-ın rəqibləri isə diqqəti qərarın verildiyi dönəmə çəkirlər.

“Bu, dünya irsidir, möhtəşəm işdir”, – İstanbulun meri Ekrem Imamoglu deyib.

“Bu müzakirəni indi açmağa nə ehtiyac var? Turizmin 97 faizi dondurulub, otellər bağlanıb, turizm göstəriciləri düşüb, yüzminlərlə insan işsizdir”, – ölkənin aparıcı müxalifət partiyasının üzvü olan mer ötənaykı müsahibəsində deyib.

Türkiyə məhkəməsi Ayasofyanın məscidə dönməsinə yol açan qərar qıxardı
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Erdogan isə qərarı Türkiyənin suverenliyinin təsdiqi kimi qələmə verir. “Türkiyə dinlə millətçiliyin kəsişdiyi ölkədir, bu səbəbdən anti-Erdogan düşərgəsində çoxu abidəylə bağlı Türkiyənin suverenliyi prinsipini dəstəkləyəcək”, – Bruklin Universitetinin professoru Louis Fishman deyib.

“Ayasofyanın məscidə çevrilməsi hazırda bütün dünyada sağ qanaq millətçiliyi və dini şovinizmin yüksəlişinə çox uyğun gələn bir simvoldur”, – bunu isə Türkiyə üzrə alim Nicholas Danforth Al-Monitor-a deyib.

“Al Jazeera” televiziyası Türkiyə məhkəməsinin qərarına dünyanın müxtəlif yerlərindən gələn reaksiyaları toplayıb. Fələstinin Hamas qrupu bu qərarı alqışlayıb. “Ayasofyanın ibadətə açılması bütün müsəlmanlar üçün fəxr anıdır”, – qrup təmsilçisi Rafat Murra deyib.

XS
SM
MD
LG