Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:49

Rusiyanın haker qrupu ABŞ şirkətlərinə reket hücumu hazırlayıbmış


Maksim Yakubets (solda) və Igor Turashev
Maksim Yakubets (solda) və Igor Turashev

Keçmişdə Birləşmiş Ştatların Rusiya kəşfiyyatı ilə bağladığı bir Rusiya haker qrupunun ABŞ-ın onlarca şirkətinə ziyanlı proqramla hücum hazırladığı məlum olub.

Bu da xəbər verilir ki, bu qrup həmin şirkətlərin koronavirus pandemiyası ilə bağlı evdən işləyən əməkdaşlarını hədəfləməliymiş.

The Symantec Corporation şirkəti iyunun 25-də bildirib ki, hakerlər azı 31 firmaya "WastedLocker” reket proqramı ilə hücum hazırlayırmışlar.

Bu ziyanlı proqram IT sistemlərini iflic etdikdən sonra “fəlakətin baş verməməsi” üçün milyonlarla dollarlıq girovpulu tələb edir.

Xəbər verilir ki, rusiyalılar ən böyük Amerika firmalarını və yalnız Amerika firmalarını hədəfləməyi planlaşdırırmışlar.

Bu barədə məlumatı Symantec şirkətinin texniki direktoru verib.

40-dan çox ölkədən milyonlarla dollarlıq oğurluq

Şirkətlərin və hökumətin şəbəkələrini monitorinq edən Symantec şirkətinin qənaətinə görə qorxulu proqramın birbaşa Evil Corp adlı “bədnam” kibercinayətkar manqa ilə əlaqəsi var. Bu dəstənin başçıları arasında iki Rusiya vətəndaşının da olduğuna inanılır.

Bu rusiyalı şübhəlilər - Maksim YakubetsIgor Turashev-ə qarşı hələ 2019-cu ildə ABŞ Ədliyyə Nazirliyi tərəfindən ittiham irəli sürülüb.

Onlar iddia edildiyinə görə ziyanlı proqram vasitəsilə 40-dan çox ölkədən milyonlarla dollar oğurlayıblar.

ABŞ rəsmiləri onların həbsi ilə nəticələnəcək hər hansı məlumat üçün 5 milyon dollar mükafat müəyyən ediblər.

Təsəvvürəgəlməz miqyasda

ABŞ Maliyyə Nazirliyinin ötən dekabrda elan etdiyi sanksiya bildirşində deyilirdi ki, Evil Corp qrupunun liderləri Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə işləyiblər.

Nazirlik onların “təsəvvürəgəlməz miqyasda” kibercinayətlər həyata keçirdiyini bildirirdi.

Bu da qeyd olunurdu ki, Rusiyanın hakimiyyət orqanları onları ekstradiya olunmaqdan himayə edib.

ABŞ rəsmiləri qarşıdan gələn noyabr prezident seçkisinin ərəfəsində ziyanlı proqramlara qarşı erkən xəbərdarlıq sistemini xeyli təkmilləşdiriblər.

VPN şəbəkələrini sındırmaq cəhdi

ABŞ kəşfiyyatının gəldiyi nəticəyə görə, bəziləri dövlətə bağlı rusiyalı oyunçular 2016-cı il ABŞ seçkisindən əvvəl kompüterlərə haker hücumları ediblər.

Bu yaxınlarda aparılmış sorğunun nəticələrinə görə COVID-19 təhlükəsi ilə əlaqədar ABŞ şirkət əməkdaşlarının 60 faizdən çoxu evdən işləyir.

WastedLocker hücumunu həyata keçirmək istəyənlər bütün dünya boyunca evdən işləyərkən kibertəhlükəsizliyin təminatı üçün istifadə olunan virtual fərdi şəbəkələrə (VPN) yol tapmağa çalışıblar.

Bu ziyanlı proqram saxta şəbəkələrdən istifadə etməklə saxta yeniləmə proqramı cildində hədəflənən fərdlərin şəbəkələrinə yol tapır.

Bütün dünyada rusiyalıların “ovu”

Son illərdə beynəlxalq kibercinayətlərdə əli olan azı onlarca rusiyalı saxlanıb və onlardan bəziləri Birləşmiş Ştatlara ekstradisiya olunub.

İyunun 26-da Vircinia ştatındakı sahə məhkəməsi Rusiya vətəndaşı Aleksei Burkovu 9 il müddətinə azadlıqdan məhrum edib.

O əsasən ABŞ ödəniş kartlarının nömrələrini oğurlayan və qanunsuz fəaliyyətlər məqsədilə satan iki şəbəkəni idarə etməkdə ittiham olunurdu.

ABŞ Ədliyyə Nazirliyi bildirir ki, 30 yaşlı Burkov ittiham üzrə günahını boynuna alıb.

O 2015-ci ildə Tel Əviv yaxınlığında həbs edilib və 4 il sonra ABŞ-a ekstradisiya olunub.

Burkovun ekstradisiyasından sonra Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı bütün dünyada Rusiya vətəndaşlarının “ovu” ilə məşğul olmaqda ittiham edib.

XS
SM
MD
LG