Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:27

Avropa sərhədlərini yenidən açır


Arxiv fotosu
Arxiv fotosu

İyunun 15-dən Avropanın bir çox ölkələri sərhədlərini yenidən açır. Bu, koronavirus pandemiyasına görə üç ay çəkmiş karantin qaydalarından sonra böyük addım hesab olunur.

Almaniya, Belçika, Fransa, Yunanıstan, Çexiya Respublikası sərhədlərini açan ölkələr sırasındadır, Avstriya iyunun 16-dan bu addımı atacaq.

Avropa Komissiyası ötən həftə blok üzvü olan ölkələrə mümkün qədər tez sərhədləri açmağı tövsiyə edib.

Fransa restoranların hamısını açır

Sərhədlərin açılması AB-nin bir çox vətəndaşlarını, Britaniyanı və Avropanın Şengen ərazisinin qalan hissəsini əhatələyir.

Avropada sərhədlər açılır
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Ancaq yenə də hər bir ölkə fərqli qaydalar tətbiq edir. Bu sırada test tələbləri, karantinlər, xüsusi səyahət tövsiyələri, hər bir ölkə və region üçün qadağalar var.

Qitədən kənarda yaşayanlar isə Avropaya getməkdən ötrü hələ gözləməli olacaqlar.

Prezident Emmanuel Macron elan edib ki, Fransa iqtisadiyyatını bütünlükdə yenidən açır. İyunun 15-dən bütün restoranlar açılır. Məqsəd ölkə iqtisadiyyatını “yenidən işə salmaq”dır.

Fransa digər Avropa ölkələri ilə iyunun 15-dən, başqa qitədən gələnlər üçün iyulun 1-dən sərhədlərini açır.

İspaniya avropalı ziyarətçilərin üzünə sərhədləri iyunun 21-dən açacaq. Həmin gün ölkədə fövqəladə vəziyyət də qaldırılacaq.

ABŞ, Çin, Latın Amerikası

Bu arada koronavirusun qayıda biləcəyi, eləcə də bir çox avropalının başqa ölkələrə səyahət etmək əvəzinə öz ölkəsində dincəlməyə üstünlük verəcəyi də güman edilir.

Birləşmiş Ştatlarda son həftələr 20-dək ştat iqtisadiyyatlarını yenidən açıb və hazırda yeni yoluxmalarda rekordla üzləşiblər.

Ümumilikdə ABŞ-da yoluxma sayı 2,1 milyona yaxınlaşır, ölü sayı 115 mini keçib.

Çində də son həftəsonu yoluxmalarda ən yüksək gündəlik artım qeydə alınıb. Bu ölkədə də son vaxtlar koronavirus məhdudiyyətləri yumşaldılıb.

Latın Amerikası isə hazırda pandemiyanın mərkəzində dayanır. Braziliya dünyada yoluxmalar üzrə ikinci yerdədir – 850 min yoluxan var. Ölü sayı 43 minə yaxındır.

Hindistanda artıq xəstəxanalarda yer yoxdur. Son bir həftədə yoluxmalar 100 min nəfər artaraq 320 min olub. Real rəqəmlərin daha yüksək olduğu düşünülür.

Dünya üzrə isə təsdiqlənmiş yoluxma sayı 7,8 milyonu, ölü sayı 430 mini keçib. Hesablamanı Johns Hopkins Universiteti aparır.

XS
SM
MD
LG