Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:39

FTB-nin məxfi sənədi ‘Putinin aşpazı’ barədə xəbərdarlıq edib


“Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeny Prigozhin
“Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeny Prigozhin

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosu (FTB) bu ilin əvvəllərində ölkə ştatlarına Rusiyanın 2020-ci il prezident seçkisinə müdaxilə niyyətində ola biləcəyi barədə xəbərdarlıq veriblər.

Sözü gedən memonu əldə etmiş Associated Press bildirir ki, 3 fevral tarixli sənəddə Rusiyanın mümkün müdaxiləsinin potensial taktikaları barədə məlumat verilir.

Sənəddə bu da qeyd olunur ki, ABŞ rəsmiləri bilavasitə Rusiya ərazisindən müdaxilə cəhdləri qeydə almasalar da, prezident Vladimir Putinə yaxın oliqarxlardan birinin bir sıra Afrika ölkələrində siyasi kampaniya apardığı məlum olub.

Bu sənəd koronavirus epidemiyasından əvvəl hazırlandığından burada pandemiyanın Rusiyanın seçki müdaxiləsini necə təsirləndirə biləcəyəi barədı söz açılmır.

“2020-ci il seçkisi ərəfəsində Rusiyanın mümkün taktikası” adlanan sənəd Rusiya kampaniyasının konkret olaraq hansı namizədləri hədəflədiyini bildirmir.

Lakin bundan əvvəl ABŞ kəşfiyyat orqanları Rusiyanın Trump-ın qələbəsinə kömək məqsədilə 2016-cı il seçkisinə müdaxilə etdiyini bildirmişdi.

Ciddi və mötədil hədələr

ABŞ rəsmiləri Rusiyadan qaynaqlanan təhdidləri şərti olaraq “ciddi” və “mötədil” hədələrə ayırırlar.

Məsələn 2016-cı il seçkisi zamanı Rusiyanın informasiyaları haker hücumu ilə ələ keçirməsi və sızdırması “ciddi” hədə hesab olunurdu.

Rusiyanın dövlət mediasından amerikalılar arasına ixtilaf salmaq cəhdləri də ciddi hədə sayılır.

Rusiya mediaları bu məqsədlə sosial mediada Amerika cəmiyyətində ixtilaf yaradan həssas mövzular barədə müzakirə açırlar.

Bu zaman elektoratın çaşdırılması üçün saxta xəbərlərdən geniş şəkildə istifadə edilir.

Yalnız Xidməti İstifadə üçün

Başqa bir mümkün hədə Rusiyanın birbaşa namizədləri və kampaniyaları təsirləndirmək cəhdləridir.

Bu taktika hələlik ABŞ ərazisində müşahidə edilməyib, lakin bəzi məlumatlara görə Rusiyada “Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeny Prigozhin 2019-cu ildə Afrikanın 20-dək ölkəsində siyasi kampaniyalara müdaxilə edən strateqlərə rəhbərlik edib.

ABŞ xüsusi prokuroru Robert Mueller-in təhqiqatı 2016-cı il seçki müdaxiləsi ilə bağlı Prigozhin-ə qarşı rəsmi ittiham irəli sürüb.

Sözü gedən sənədin məxfiliyi qaldırılsa da, onun üstündə “Yalnız Xidməti İstifadə üçün” qrifi qoyulub.

XS
SM
MD
LG