Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:34

Microsoft koronavirusun ziyanından danışır


Surface Duo. tableti
Surface Duo. tableti

Çində yayılmış koronavirus Microsoft şirkətinə gözləndiyindən daha artıq ziyan vurur. “The Associated Press” agentliyinin məlumatına görə, şirkət daha çox “Windows” lisenziyaları və “Surface” seriyasına aid cihazlarından əldə olunan gəlirə “gözlənildiyindən daha artıq mənfi təsir” dəydiyini bildirir.

Şirkət deyir ki, “Windows” məhsullarına tələbat hələ də böyükdür, amma təchizat zəncirini normal səviyyəyə qaytarmaq daha uzun zaman alır. Bu həm, Microsoft istehsalı olan “Surface” cihazlarına, həm də Acer və Lenovo kimi üçüncü tərəflərdin hazırladığı məhsullara aiddir.

Qeyri-müəyyənlik

Ötən ay Microsoft yanvar-mart aylarında şəxsi kompüterlər biznesindən 10,75 milyard -11,15 milyard dollar qazanacağını proqnozlaşdırırdı. Şirkətin baş maliyyə rəsmisi Amy Hood yanvarın 29-da deyib ki, “Çində ictimai səhiyyə ilə bağlı qeyri-müəyyənlikdən dolayı” şirkət gəlir proqnozlarının həmişəki miqyasını genişləndirib.

Agentlik yazır ki, Microsoft elektron cihazlar və ehtiyat hissələrinin istehsalında Çin zavodlarından asılı çoxsaylı texnologiya şirkətləri sırasındadır.

Apple şirkəti ötən həftə investorlara xəbərdarlıq edib ki, ikinci rüb üzrə maliyyə təlimatlarına əməl edə bilməyəcək, çünki Çində virusun yayılması iPhone istehsalını azaldıb. Kaliforniyada mənzillənən şirkət bildirmişdi ki, Çində iPhone istehsal edən obyektlərin hamısı yenidən açılıb, amma hasilat ləng gedir.

Şirkət Çində iPhone telefonlarına tələbatın da azaldığını deyirdi, çünki şirkətin satış mağazaları ya bağlıdır, ya da məhdud saatlarda işləyir.

XS
SM
MD
LG