Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:45

Prezidentin azad etdiyi şəxsi təkrar həbs etdirən 'hakimiyyətdaxili qüvvə' varmı?


Cəlilabadda etiraz aksiyası: Hökümətin qərarı narazılıq yaratdı
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

Cəlilabadda etiraz aksiyası: Hökümətin qərarı narazılıq yaratdı

Azərbaycanda əfv sərəncamından sonra ölkədə siyasi islahatların davam edəcəyi haqda fikirlər genişlənirdi.

Amma bu sərəncamın imzalanmasından iki həftə ötməmiş, martın 30-da yenicə azadlığa çıxan Bayram Məmmədov həbs olundu. Məhkəmə ona polisə müqavimətdə təqsirli bilirək, 30 sutka inzibati həbs cəzası verdi.

Əfv sərəncamı ilə azadlığa çıxan başqa bir fəal Elgiz Qəhrəman isə bildirir ki, yolda polis onu saxlayaıb, maşında yoxlama aparıb.

Bayramın həbsindən bir neçə gün sonra digər gənc fəal Qiyas İbrahim də polisə çağırıldı. O, deyir ki, onu sosial şəbəkələrdə yazdığı statusa görə polisə çağırıblar:

“Həmin statusu çap etmişdilər. Sonuncu cümlədə yazmışdım ki, “Debil Əliyev, Bayram ram edilməz, diktator islah edilməz”. Bu cümləni mənə göstərib, dedilər ki, sən prezidenti təhqir etmisən. Mən də onlara bildirdim ki, sübut edin ki, mən kimisə təhqir etmişəm”.

Qiyas İbrahim yazdığı statusda heç bir təhqirə yox vermədiyini bildirir. O düşünür ki, Bayram Məmmədov da elə yazdığı statusa görə həbs olunub.

Bəs, əfv sərəncamı ilə azadlığa çıxan bu gənclər sonradan niyə həbs olunur, polisə çağırılırlar?

Keçmiş diplomat, İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı sabiq səfiri Arif Məmmədov düşünür ki, azadlığa çıxandan sonra gənclərin fəallığı hakimiyyəti narahat edir:

“Bu qorxu üzərində qurulan bir hakimiyyətdir. Artıq görür ki, qorxu da işləmir. Məsələn, Bayram Məmmədov, Qiyas İbrahim, İlkin Rüstəmzadə, Mehman Hüseynov və digər gənclər həbsdən çıxandan sonra da öz mübarizələrindən çəkilmirlər. Əksinə, hakimiyyətin represiya maşınından keçəndən sonra daha ciddi, daha peşəkar gənc siyasətçilər kimi mübarizələrinə davam edirlər”.

Arif Məmmədov düşünür ki, son həbslər hakimiyyətin islahatlarının kosmetik bir tədbirlər olduğunu, əksində köklü dəyişiklərə hazır olmadığını göstərir.

Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov hesab edir ki, bu cür fikirlər ölkədə gedən böyük islahatlara kölgə salır.

O gənclərin həbsi, onların polisə çağırılması ilə bağlı konkret sualları hüquq-mühafizə orqanlarının cavablandırmasını daha doğru hesab edir. Amma bildirir ki, onlar da öz hərəkətlərində məsuliyyətli olmalıdılar:

“Hətta Avropa Birliyinin təmsilçiləri bildirirdilər ki, İlqar Məmmədovla bağlı qərar tam icra olunmayıb. İlqar Məmmədovun şərti azadlıqdan məhrumetmə cəzası da götürüldü. Ümumiyyətlə, ölkədə yüksək siyasi iradə göstərilərək, islahatlar aparılır. Bu islahatlar həm Azərbaycanın, həm Avropanın marağındadır”.

Avropa ilə saziş ərəfəsi

Azərbaycan Avropa İttifaqı ilə ticarət və siyasət sazişi imzalamaq üzrədir. Yaxın aylarda imzalanması planlaşdırılan saziş Azərbaycanla Avropa İttifaqının uzunmüddətli münasibətlərinin tənzimlənməsini nəzərdə tutur.

Politoloq Hikmət Hacızadə son həbslərdə hamiyyətdaxili qrupların da iştirakını istisna etmir. O düşünür ki, hakimiyyətdə müxtəlif komandalar təmsil olunur. Onlar arasında Azərbaycanın Avropaya getməsini istəməyənlər də ola bilər.

Bəs, gənclər ətrafında baş verən son hadisələr necə izah oluna bilər?

Politoloq Hikmət Hacızadə deyir ki, son hadisələri izləsə də nə baş verdiyini analiz etməkdə çətinlik çəkir. Amma deyir ki, hadisələrin gedişatını təhlil etdikdə iki ehtimal üzərində dayanır:

“Ya Avropa İttifaqı ilə böyük saziş imzalamaq ərəfəsindədirlər deyə, məcbur olub siyasi məhbusları buraxıblar. Amma azadlığa buraxılanlardan oturub, susmağı gözləyirdilər. Yox, susmaslar, yenə tənqid eləsələr, bu zaman təzədən tutmağı planlaşdırırdılar. Ya da, ikinci ehtimal da odur ki, hakimiyyətin başında duranlar islahat aparmaq istəyirlər. Amma hakimiyyətdaxili qüvvələr buna imkan vermir. Hakimiyyətdə başqa komandalar da var axı, onlar bunu istəmirlər”.

Hikmət Hacızadə deyir ki, bütün hallarda gənclərin yazdıqları statusa görə həbs olunması, onların polisə çağrılması ölkə rəhbərliyinin məsuliyyətidir.

Sizcə, Azərbaycanda nədən danışmaq təhlükəlidir?
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Prezident İlham Əliyev martın 16-da əfv sərəncamı izmalıyıb. Bu sərəncamla adı yerli və bəynəlxalq təşkilatların hazırladığı siyasi məhbus siyahısında olan azı 50 nəfər azadlığa çıxıb.

Hakimiyyət əfv sərəncamı da daxil, ölkədə köklü ishalatlar aparaldığını bəyan edir.

Hakimiyyətin tənqidçiləri isə köklü islahatlar üçün sistemin dəyişməsini zəruri sayırlar.

Onlar demokratik dəyərlər, söz azadlığı və digər təməl insan haqlarının qorunmayınca, köklü islahatların olacağına inanmırlar.

XS
SM
MD
LG