Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:49

Ekspert: 'Çovdarov 3 ildən sonra 'üçdə bir'lə azadlığa da çıxa bilər'


Akif Çovdarov məhkəmə qarşısında. İllüstrasiya. Gündüz Ağayev.
Akif Çovdarov məhkəmə qarşısında. İllüstrasiya. Gündüz Ağayev.

“Akif Çovdarov 12 ilin 1 ildən çoxunu yatıb. Üç ildən sonra da “üçdə bir”lə azadlığa da çıxa bilər, istəsə 2025-ci ildə lap deputatlığa namizədliyini də verər”

“Üçdə birlə azadlığa çıxa bilsinlər deyə, Çovdarovgilə bəraət verilib”. MTN-in keçmiş zabiti, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarova bir neçə maddə üzrə bəraət verilməsinin səbəbini belə izah edir.

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənib]

“Məhkəmə əsaslandıra bilər ki, bunlar səlahiyyət hədlərini aşıblar, vəzifədən sui-istifadə ediblər, ancaq quldurluq etməyiblər. Yəni deyiləcək ki, bunlar quldur deyillər. Ona görə də burda məsələyə siyasi baxımdan çox, hüquqi tərəfdən yanaşılıb, hüquqi perspektiv nəzərə alınıb. Gələcəkdə cəzalarının üçdə birini çəkdikdən sonra azadlığa çıxa biləcəklər. Ancaq onlara quldurluq maddəsi tətbiq edilsəydi, “üçdə birlə” azadlığa çıxa bilmələri mümkün olmayacaqdı”, – deyə İlham İsmayıl öz ehtimalını bölüşür.

İlham İsmayıl
İlham İsmayıl

“Çovdarova... bəraət verilməsi gözlənilməzdir”

“Belə bir işdə bir neçə maddə üzrə olsa belə, bəraət verilməsi həqiqətən gözlənilməzdir”, - hüquqşünas Əyyub Kərimov keçmiş Akif Çovdarova 12 il həbs cəzası kəsilsə də, bir neçə maddə üzrə ona bəraət verilməsini bu cür şərh edir.

“Amma Azərbaycan reallığını, məhkəmələrin müstəqil olmadığını nəzərə alanda, Çovdarova bir neçə maddə üzrə bəarət verilməsi bəlkə də təəccüblü deyil”, – deyə hüquqşünas əlavə edir.

Əyyub Kərimov: “Azərbaycan reallığını, məhkəmələrin müstəqil olmadığını nəzərə alanda, təəccüblü deyil”
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00
Direct-ə keçid

Buna da bax: Keçmiş amerikalı diplomatlar: Əliyevlə sərt davranın

Çovdarov və onun tabeliyində işləmiş MTN polkovniki Səlim Məmmədov, mayor Akif Əliyev və Orxan Osmanov qanunsuz azadlıqdan məhrumetmə, rüşvət alma, mənimsəmə və s. ittihamlarla yanaşı, CM-nin 181-ci (quldurluq) maddəsinin bir neçə bəndi ilə də suçlanırdı. Amma MTN-çilər haqqında hökmdən CM-nin 181.3.1 (mütəşəkkil dəstə tərəfindən quldurluq) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq) maddələri çıxarılıb. Bakı Hərbi Məhkəməsinin hakimləri belə nəticəyə gəlib ki, Çovdarov və işçilərinə qarşı quldurluq ittihamı sübuta yetirilməyib.

“Zərərçəkənlər danışanda bilinəcək ki, qərar siyasətə ya hüquqa söykənib”

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

Əyyub Kərimov qapalı keçirilən məhkəmə prosesində iştirak edən zərərçəkmişlərin və vəkillərinin bununla bağlı açıqlama verəcəklərini, yalnız bundan sonra bu qərarın siyasətə və ya hüquqa söykəndiyinin aydın olacağını güman edir:

“Yəqin onlar məhkəmənin bu qərarı verəndə nə qədər obyektiv olub-olmaması, burda siyasətin rol oynayıb-oynamaması haqda danışacaqlar. Onlar danışanda bilinəcək ki, burda sifariş rol oynayıb, yoxsa siyasət? Yoxsa doğrudan da o ittiham sübuta yetirilməyib? Bu halda da sübut bazasını toplamayanlar cəzalandırılmalıdır”.

Zərərçəkən: “O ÇOVDAROV, O DA...”

AzadlıqRadiosu zərərçəkənlərlə əlaqə saxlamağa çalışaraq onların bu haqda fikirlərini öyrənməyə çalışıb. Onlardan biri Cəfər Səfərov sükan arxasında olduğunu söyləyərək az sonra danışa biləcəyini söyləsə də, sonradan zənglərə cavab verməyib.

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

Başqa bir zərərçəkən Namiq Orucov isə bunları deyib: “Mənim heç nədən xəbərim yoxdur. Bilmirəm. O Çovdarov, o da... Xahiş edirəm, məni narahat etməyin”.

Elman Məmmədov
Elman Məmmədov

"Burda nə siyasi motiv ola bilər ki? Akif Çovdarov müxalifətdə deyildi, siyasi fəaliyyətlə məşğul olmayıb".

Deputat Elman Məmmədov: “Akif Çovdarov müxalifətdə deyildi ki...”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, YAP-çı deputat Elman Məmmədovsa keçmiş MTN-çilərə bəraət verilməsindən danışarkən bu məsələdə “siyasi motiv yoxdur” deyir:

Elman Məmmədov: "Burda nə siyasi motiv ola bilər ki? Akif Çovdarov müxalifətdə deyildi, siyasi fəaliyyətlə məşğul olmayıb"
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00
Direct-ə keçid


Buna da bax: Akif Çovdarov: 'Nəzərə almamışdılar ki, mən zəif adam deyiləm'

“Akif Çovdarov əmək fəaliyyəti dövründə yol verdiyi cinayət tərkibli hərəkətə görə həbs edilmişdi. Məhkəmə də bunu araşdırdı, CM-nin müvafiq maddələriylə hökm oxundu, cəza verildi. Burda nə siyasi motiv ola bilər ki? Akif Çovdarov müxalifətdə deyildi, siyasi fəaliyyətlə məşğul olmayıb. Akif Çovdarov MTN-in idarə rəisi olub, yol verdiyi səhvlərə, nə bilim nələrə görə, cinayət tərkibli hərəkətlərə görə həbs olunub. Məhkəmə ancaq əməllərinə görə ona cəza verib”.

Zahid Oruc: “Cəza adekvat deyil”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc da verilən cəzanı adekvat hesab etmədiyini bildirir. O əlavə edir ki, bəraət haqda qərar verilərkən hansı mövqe tutulduğunu söyləməkdə çətinlik çəkir.

Zahid Oruc
Zahid Oruc

Buna da bax: Çovdarovun işində prokuror fikrini dəyişdi

Deputatın qənaətincə, qanunsuzluqla, soyğunçuluqla məşğul olanlar, onlarla həyatı məhv edənlər sərt şəkildə cəzalandırılmalıdır. “Bu görk olmalıdır ki, həmin sistem millətin yenidən güvən yerinə çevrilsin, ona etibar qayıtsın”, – deyə səbəbini də izah edir.

Zahid Oruc: "İnsan taleləri məhv edilib, onlarla vətəndaşın başına oyun açılıb, kimlərsə oğurlanıb, quldurluq halları baş verib..."
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00
Direct-ə keçid

“İnsan taleləri məhv edilib, onlarla vətəndaşın başına oyun açılıb, kimlərsə oğurlanıb, quldurluq halları baş verib. Ona görə də parlamentdə təklif etdim ki, MTN sistemində mövcud olan, xüsusən də generalların timsalında formalaşmış bu dəstənin əməllərinə daha geniş qiymət verilməsi üçün komissiya yaradılsın. Düzdür, biz qanunverici orqan kimi Britaniya və başqa ölkələrdən fərqli olaraq istintaq səlahiyyətlərinə malik deyilik. Ancaq hər bir halda burda sistemli cinayətlər baş verib. Onları toplu halında ifşa etmək lazımdır”, – deputat bildirir.

Buna da bax: ‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

“2025-ci ildə deputatlığa namizədliyini də verər”

Keçmiş MTN zabiti İlham İsmayıl bir məqama diqqət çəkir, keçmiş nazir Eldar Mahmudov cinayət məsuliyyətinə cəlb edilməyib, ikincisi də, nazirlik əməkdaşlarının aldıqları cəza törətdikləri əməllərin müqabilində adekvat deyil, çox yüngüldür.

İlham İsmayıl: “Üçdə birlə azadlığa çıxa bilsinlər deyə, Çovdarovgilə bəraət verilib”
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00
Direct-ə keçid

“Akif Çovdarov 12 ilin 1 ildən çoxunu yatıb. Üç ildən sonra da “üçdə bir”lə azadlığa da çıxa bilər, istəsə 2025-ci ildə lap deputatlığa namizədliyini də verər. Adam məəttəl qalır. 5-6 min manat borcu olana da və ya dələduzluq edənə də 8-9 il, 11 il iş verilir, milyonları mənimsəyən, dövlətə, insanlara zərər vurana da 12 il cəza verilir. Bu işdə əsas adam hələ də cəzasını almayıb, Çovdarov və ya yanındakılarsa üçüncü, dördüncü etapda gəlirlər, bir azdan cəzaları da yüngülləşdiriləcək”, – İlham İsmayıl söyləyir.

Buna da bax: Camal kişi: 'Qocalanda heç kimə möhtac qalmamaqçün mənim kimi yaşa'

O həm də buna təəssüflənir ki, nəinki Çovdarovun, ümumiyyətlə, o dövrdə nazir olmuş Eldar Mahmudov və onun komandasının “vurduğu zərərdən” sonra Dövlət Təhlükəsizlik Xidməti 12 ilə belə düzələsi deyil: “Xüsusi xidmət orqanı etibardan salınıb, dövlətin imicinə, dövlətçiliyə zərər vurulub”.

Məhkəmənin oktyabrın 30-da elan etdiyi hökmlə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarova 12 il, S.Məmmədova 11 il, A.Əliyevə 5 il, O.Osmanova isə 4 il həbs cəzası verilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Buna da bax:

Akif Çovdarova 12 il həbs cəzası verildi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

XS
SM
MD
LG