Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:51

Lapşin: "“Qarabağ" sözünü hər iki dildə yazmışam”


Alexander Lapshin
Alexander Lapshin

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan bloqqer Aleksandr Lapşinin (Alexander Lapshin) işi üzrə məhkəmə istintaqı yekunlaşdı. Bakı Ağır Cinayətlər Məhkəməsində Lapşinin işinə baxan hakimlər kollegiyası iyulun 12-də bu haqda qərar verib.

Bundan öncə məhkəmədə Lapşinin Dağlıq Qarabağa səfərlərindən sonra yazdığı yazılara rəy vermiş Almaz Bayramova dindirilib. O, Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşıdır.

“ERMƏNİSTANI PİSLƏMƏYİNİN BİZƏ AİDİYYƏTİ YOXDUR”

Almaz Bayramovanın rəyində yazılıb ki, Lapşinin yazılarında Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönəlik çağırışlar var. Ekspert konkret ifadələrə əsaslanıb belə rəy verdiyini bildirib. Məsələn, "Ermənistan haradadırsa, Qarabağ da oradadır" cümləsini, yazılarda "Qarabağ" sözünün erməni dilində deyildiyi kimi "Artsax" yazılması.

Lapşin bu məsələyə aydınlıq gətirərkən deyib ki, Dağlıq Qarabağ Ermənistanla sərhəddə yerləşməsini nəzərdə tutaraq, "Ermənistan haradadırsa, Qarabağ da oradadır" yazıb. "Artsax" ifadəsini də heç vaxt tək yazmayıb: "Mən hər iki xalqa hörmət əlaməti olaraq, "Qarabağ" sözünü hər iki dildə, yanaşı yazmışam".

Ekspert Lapşinin yazılarının "səviyyəsiz" olması haqda rəy verib. Lapşinin vəkilinin bu haqda sualına cavab olaraq bildirib ki, yazılarda nalayiq ifadələr işlənməsinə görə belə bir rəy verib.

Vəkil Eduard Çernin xatırladıb ki, rəydə Lapşin "ermənipərəst" kimi təqdim olunub, halbuki, o, yazılarında Ermənistanı da tənqid edib.

"Ermənistanı pisləməyinin bizə aidiyyəti yoxdur. Yazının xarakteri Qarabağın Ermənistan torpağı olmasına yönəlmişdi. Mən də buna diqqət yetirmişəm", – ekspert belə deyib.

Buna da bax: Bakı Rusiyaya cavab verdi

“HAMIMIZ ŞAHİDLİK ELƏYƏK BU İŞDƏ?”

Daha sonra vəkil iş üzrə şahid qismində dindirilmiş məcburi köçkünlərin ifadələrinin sübutlar siyahısından çıxarılması haqda vəsatət qaldırıb: "Şahid qismində tanınan adam konkret cinayət əməlinə birbaşa və ya dolayısıyla şahidlik etməlidir. Amma bu adamlar Lapşinin hansısa əməlinə şahidlik eləməyiblər. Qarabağ müharibəsi hamımızın gözü qarşısında olub. Onda biz hamımız şahidlik eləyək bu işdə?"

Hakimlər vəsatəti təmin etməyib. Bildirilib ki, sübutlar hökm çıxarılarkən müşavirədə qiymətləndiriləcək. Bu məsələyə də o zaman qiymət verilə bilər.

Ardınca məhkəmə istintaqı tamamlanıb. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə ona iyulun 14-nə qədər vaxt verib.

XS
SM
MD
LG