Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:34

Tənha və yorğun qəhrəman İvan Russki


Arxiv fotosu
Arxiv fotosu

«Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay,
Fəqət nə Cəlal var, nə də ki Humay,
Nə ömrə acıyır, nə yaşa dünya...»

Bu dillər əzbəri şeiri ölümündən bir az əvvəl Böyük Vətən Müharibəsi qəhrəmanı Mirdamət Seyidov rejissor Tahir Əliyevin çəkdiyi «Unudulmuş partizan» filminin sonunda səsləndirib.

Yorğun, üzgün, çarəsiz bir səslə...Və fırtınalı bir ömür yolu keçmiş bu şəxs şeirin sonunda «Yoruldum ey...» söyləyib.

KİMDİR UNUDULMUŞ PARTİZAN?

«İvan Russki» ləqəbli Mirdamət Hüseynov «Mixaylo»yla - Mehdi Hüseynzadəylə birgə döyüşüb. Birgə savaş 1942-ci ildə Avstriyadakı əsir düşərgəsindən başlanıb. Ardından İtaliya cəbhəsində savaşıblar. Triest civarında olan Opkino şəhərindəki o tarixə düşmüş kino-teatrı da Mixaylo ilə birgə partladıb Mirdamət Hüseynov. İtaliyalı yazar Marina Rossi öz kitabında belə yazıb.

HƏYATININ SONUNDA TƏK-TƏNHA QALMIŞDI

Tahir Əliyev xatırlayır: «Mirdamət Seyidovu bütün fəsillərdə çəkdik. O, həyatının bütün anlarını bizimlə bölüşdü. Təəssüf ki, özü filmi görmədi. Film hazır olanda, 2 ay idi ki, dünyasını dəyişmişdi. Slovenlər filmə baxanda, göz yaşlarını saxlaya bilmədilər və məndən xahiş etdilər ki, bu filmi bir də Sloveniyada göstərməyim... «İvan Russki»nin belə acınacaqlı durumunu daha görmək istəmədilər. Bu, bizim filmdə açıq-aydın hiss olunurdu. Marina Rossi filmə baxandan sonra dedi ki, yadımdadır, 1970-ci illərdə Mirdamət Seyidov İtaliyaya gələndə, italyan qadınlar diz çöküb onun əllərindən öpürdülər... Ömrünün sonlarında o, tam unudulmuşdu və filmi o üzdən belə adlandırdıq...».

BALKAN PARTİZANLARI...

AzadlıqRadiosunun «İz» proqramı bu sayında keçmiş sovet məkanında tarixə «Böyük Vətən Müharibəsi» adı ilə düşən, 2-ci Dünya Savaşının önəmli parçası sayılan müharibədən söz açır.

Verilişdə uzaq sahillərdə döyüşməyə məcbur qalmış və «Balkan partizanları» adlanan 100-ə yaxın azərbaycanlıdan söz açılır – «Russkoye getto» batalyonunun komandiri Cavad Həkimlidən, «Mixaylo» ləqəbli Mehdi Hüseynzadədən, «İvan Russkiy» ləqəbli Mirdamət Seyidovdan, «Kolya» ləqəbli Tağı Əliyevdən, Mikayıl Qulubəyovdan, Firudin Hüseynovdan, Canbaxış Canbaxşıyevdən, Əsəd Qurbanovdan, Rza Orucovdan...

Və... 162-ci milli diviziyanın komandiri İsrafil bəy İsrafilbəyovdan...

«FƏQƏT NƏ CƏLAL VAR, NƏ DƏ Kİ HUMAY...»

Verilişin bələdçisi bu qəhrəmanlar haqqında ard-arda 3 filmin müəllifi rejissor Tahir Əliyevdir.

Qanlı savaşın 76-ci ildönümü ərəfəsində – iyunun 18-də saat 23-də «İz»ə köklənin.

Xəyalən Azərbaycan tarixinin ən həssas dönəmlərindən birinə baş vurun.

Səməd Vurğunun «Buludlar dağılır uzaqda lay-lay» şeirini «İvan Russki»nin öz dilindən eşidin...

Gözlə

No media source currently available

0:00 0:29:52 0:00
Direct-ə keçid

XS
SM
MD
LG