Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:50

Ekspert: 'Hökumət dolları 2 manat edib, azı, bir il belə saxlamalıdır'


AZN.
AZN.

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini 0,25 bənd artıraraq 0,50-0,75 faiz civarından 0,75-1 faizə yüksəldib. Uçot dərəcəsinin ilboyu daha 2 dəfə artırılacağı da gözlənilir.

FED son dəfə ötən il dekabrın 14-də uçot dərəcəsini artırmışdı. Daha öncə - 2015-ci il dekabrın 16-da uçot dərəcəsinin baza faiz dərəcəsinin illik 0-0,25 faiz artırılmasına qərar verilmişdi. FED-in növbəti toplantısı mayın 2-3-də keçiriləcək.

Dünya iqtisadiyyatının ən önəmli aktyoru sayılan FED-in faiz artımı Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdən ötrü böyük önəm daşıyır. Hər faiz artımı belə ölkələrdə milli valyutanın dəyərsizləşməsinin davam etməsi deməkdir.

Buna da bax:​ FED faizi artırdı - manat necə olacaq? [yenilənir]

Artıq Azərbaycan Mərkəzi Bankı (AMB) FED-in faiz artımı qərarına reaksiya verib. AMB Tədqiqat və İnkişaf Mərkəzinin maliyyə sektoru və bazarlarının təhlili şöbəsinin müdiri Leyla Yusifzadə deyib ki, uçot dərəcəsinin 1 faizə yüksəlməsi baş bankın monetar siyasətinə birbaşa təsir göstərməyəcək. O bu sözləri "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün – martın 16-da Bakıda keçirilən VI illik konfransında dilə gətirib.

Mərkəzi bank
Mərkəzi bank

“Düşünmürəm ki, FED-in dünənki (15 mart) qərarı təsirsiz ötüşəcək"

"Ola bilər ki, FED qərarının bizə dolayı təsirləri olsun. Amma bunlar psixoloji təzyiqlər şəklində olacaq. Neftin qiyməti gözəçarpan dərəcədə dəyişəcəksə, monetar siyasət dəyişə bilər. Neft qiymətlərinin cüzi dəyişməsi fiskal siyasətə və eyni zamanda Dövlət Neft Fondunun xərclərinə təsir etməyəcək. Amma mən düşünmürəm ki, FED-in dünənki qərarının təsiri olmayacaq", - deyə o bildirib.

Yeri gəlmişkən, “Fitch"in proqnozlarına əsasən, 2017-ci ildə manatın dollara nisbətən orta illik məzənnəsi 1,76 səviyyəsində, 2018-ci ildə 1,7 səviyyəsində olacaq.

Buna da bax: ABŞ dolları: Dünyada ucuzlaşır, Azərbaycanda tərsinə…

Daha öncə - fevralda “Fitch” Azərbaycanda 2019-cu ilin sonunadək ABŞ dollarının orta məzənnəsinin 1,89 manat olacağını ehtimal etmişdi.

İqtisadçı ekspert Natiq Cəfərli yada salır ki, FED bu il daha 2 dəfə faiz artıracaq: “Yəni ilin sonuna uçot dərəcəsi 1,12-1,50 faiz olacaq və bu artıq böyük artım deməkdir. Bu halda dolların bahalaşması davamlı olacaq”.

Natiq Cəfərli
Natiq Cəfərli

“Manatın ucuzlaşma ehtimalı artacaq”

Onun fikrincə, faiz artımının Azərbaycan manatına dərhal və birbaşa təsiri yoxdur: “Azərbaycanda birja və qiymətli kağızlar bazarı formaldır, yox dərəcəsindədir. Amma dünyada dollar bahalaşanda, mütləq manata da təsir edəcək, manatın ucuzlaşması ehtimalı artacaq. Baha dollar həm də əmtəə qiymətlərinə təsir edir, deməli, neft də, ən azı, ciddi bahalaşmayacaq”.

Natiq Cəfərli əlavə edir ki, hökumət məzənnəni 2 manat civarında sabitləşdirməlidir: “Məzənnə onsuz da inzibatidir. Ona görə də, hökumət dolları 2 manat edib, azı bir il belə saxlamağı bacarmalıdır”.

Buna da bax:​ 'Fitch': Azərbaycanda kredit portfeli 5% azalacaq

İqtisadçı ekspert Ülvi Əmrahsoy faiz artımının manatın məzənnəsinə təsir göstərəcəyini düşünür: “FED-in uçot dərəcəsini artırması qısa müddətdə dünya birjalarında dolları ucuzlaşdırsa da, tezliklə biz dolların yenidən bahalaşmasını görəcəyik. FED faizləri daha 2 dəfə artıracaq. Yəni dolların bahalaşması davam edəcək”.

Azerbaijan -- economist Ulvi Amrahsoy
Azerbaijan -- economist Ulvi Amrahsoy

“Baha dollar, ucuz neft deməkdir”

Ekspert baha dolların ucuz neft anlamına gəldiyini bildirir: “Neftin ucuzlaşması manatın kursuna təsir edəcək. Gəlirlərimizin azalması fonunda AMB manatı ucuzlaşdırmağa məcbur olacaq”.

Buna da bax:​ 'FED-in qərarının manatın məzənnəsinə birbaşa təsiri yoxdur'

Onun sözlərinə görə, AMB heç bir önləyici tədbir görmür və artıq sərt pul - kredit siyasətinin ciddi önəmi qalmayıb: “Ümumiyyətlə, hökumət neftin bahalaşacağına bəslədiyi ümidlərini bir kənara qoyub, qeyri-neft sektorunun inkişafı üçün islahatlara başlamalıdır”.

XS
SM
MD
LG