Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:55

Gədəbəyin Meşə idarəsində baş verənlər


Arxiv fotosu.
Arxiv fotosu.

“Atamın adına işçi ştatı açılıb, 2 il ərzində hər ay 105 manat maaşı mənimsənilib. Biz bundan ünvanlı sosial yardım ləğv ediləndə xəbər tutmuşuq”.

Gədəbəy sakini Zaur Qənbərov AzadlıqRadiosu-na danışır ki, atası Ələddin Qənbərov 2014-cü ildə Gədəbəy rayon Meşə İdarəsinə işə düzəlməyə sənədlərini təqdim edib. Lakin bir neçə aydan sonra idarədən səs çıxmadığını görüb təkrar müraciət edəndə ondan işə düzəlmək üçün 200 manat “şirinlik” istənilib. Ələddin Qənbərov da razılaşmayaraq sənədlərini geri götürüb.

Buna da bax:​ Sumqayıtda 3 milyon manat 'həbsxana'ya düşüb

HƏR AY 105 MANAT

Növbəti il ünvanlı sosial yardımdan ötrü müraciət edən ailəyə müsbət cavab verilir. Lakin 1 il sonra yardım ləğv edilir. Ələddin Qənbərov səbəbi ilə maraqlananda ona bildirilir ki, 2 ildir rayon Meşə İdarəsindən hər ay 105 manat maaş alır. Buna görə də ona ünvanlı sosial yardımın verilməsi dayandırılıb.

Oğlu davam edir:

“Bundan sonra araşdırdıq və üstü açıldı ki, sən demə, atamı elə 2 il öncə – işə düzəlməyə sənədlərini təqdim edən vaxt sənəd üzərində işə götürüblər. Deməli, meşə idarəsinin o vaxtkı rəhbərliyi vergilər idarəsində atamın adına “asan imza” yaradıb. Onun adına hər ay ayrılan maaşı da özlərinə götürüb. Meşə İdarəsi ilə əlaqə saxladım, atamın adının orada işçi kimi keçdiyini bildirdilər. Mən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə şikayət etdim. Məni nazirliyin Meşələrin Mühafizəsi Departamentinə dəvət etdilər və dinlədilər. Departamentin əməkdaşı Sadıq Salmanov 1 həftə ərzində problemin həll olunacağını bildirdi. Departamentdən səs çıxmadıqda sonrakı zənglərimizə o da cavab vermədi. Onu da deyim ki, Sadıq müəllimlə söhbətimizdə özü etiraf etdi ki, Gədəbəy Meşə İdarəsinin rəhbərliyi tez-tez belə qanunsuzluqlara yol verir”.

Buna da bax:​ 'Bu yol bizim mərkəzə çıxışımızdır'

“10 GÜNDÜR MÜRACİƏT EDİB”

İndi Qənbərovlar ailəsində belə bir fikir yaranıb ki, Gədəbəy Meşə İdarəsindəki saxtakarlıqları və qanunsuzları elə nazirlikdə rəhbər vəzifələrdə çalışanlar himayə edir.

Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyində belə hesab etmirlər. Nazirlikdən “Qaynar xətt”ə bildirilib ki, Zaur Qənbərov quruma cəmi 10 gündür müraciət edib. Onun müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində cavab veriləcək.

Buna da bax:​ Bu, sonuncu odun idi...

“Araşdırıb, tədbir görəcəyik, vətəndaşa da nəticəsi barədə rəsmi məktubla ətraflı məlumat veriləcək”, – qurumdan bildirilib.

XS
SM
MD
LG