Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:37

Ermənilər sovetdənqalma "Armenfilm"i dirçəltməyə çalışır


Sovet dövründə yaradılmış "Armenfilm" kinostudiyasının simvolu.
Sovet dövründə yaradılmış "Armenfilm" kinostudiyasının simvolu.

Sovet dövründə Ermənistanda yaradılmış Amo Beknazaryan adına "Armenfilm" kinostudiyası hər ilə ortalama 4 film çəkirmiş. Ermənistan müstəqil olduqdan sonra kinosudiyanın işi get-gedə geriləyib və nəhayət 2005-ci ildə ABŞ-da yaşayan erməni diasporasının üzvlərinə satılıb, onlar kinostudiyaya yatırım edəcəklərini bildirsələr də, bu gerçəkləşməyib və on illik fəaliyyəti ərzində kinostudiyada demək olar ki, heç bir film istehsal olunmayıb. Kinostudiyanın mebel və avadanlıqları on il ərzində tamam sıradan çıxıb.

Buna da bax: Kasıb Ermənistanın nüfuzlu kinofestivalı var, bəs Azərbaycanın

Kinostudiyanın dirçəlməsi üçün erməni aktivistlər, tələbələr aktorlar və rejissorlar simvolik aksiya keçirib, "Armenfilm"in həyətində ağaclar əkiblər. Daha sonra sosial şəbəkədə "Armenfilm"i dirçəltmək üçün kampaniyalar keçirilib.

Bu haqda Rusiyanın "Mir24" telekanalının hazırladığı reportajda məlumat verilir.

"Bu aksiya simvolik xarakter daşıyır, biz "Armenfilm"in heç olmasa bircə otağılnı belə təmir edə biləcək adamları tapıb bura gətiririk. Bu bizim milli dəyərimizdir, bura avtobuslarla turistlər gəlməli Paracanovun stulunu, yaxud Beknazaryanın qalstukunu görməlidir". - deyə vətəndaş təşəbbüs qrupunun başçısı - Ayk Babayan deyib.

İndi "Armenfilm" yenidən dövlətin mülkiyyətinə keçib. Kinostudiyanın yeni təyin olunan direktoru David Karapetyan deyir ki, "Kiostudiya əsaslı təmir olunmalıdır, onun heç damı da yoxdur. Hələlik kinostudiyanı iki binası bərpa olunub, indi orda klip və reklamlar çarxları çəkilir. Rejissorlar məhz bu pavilyonları kiraləyərək kinostudiyanın dirçəlməsinə yardımçı olmağa çalışırlar".

Ermənistan Kinematoqrafçılar İttifaqının rəhbəri Ruben Qevorkyanç isə deyir ki, "Sovet dövründə kinostudiya böyük ərazidən ibarət olub, indi onun hamısını bərpa etmək mənasızdır. Normal kinofabrikin yaradılması üçün ən azı 5-6 milyon dollar lazımdır".

Buna da bax: Ermənistan beşinci dəfə "Oscar"a film göndərir

Kinostudiyanın təmiri üçün pulu dövlət ayıracaq. Mədəniyyət Nazirliyi "Armenfilm"i dünyaca məşhur brendə çevirmək istəyir. Kinostudiyanın rəhbərliyi gələn ildən burda yeni filmlər çəkə biləcəklərinə ümüd edir. Yanvar ayından kinostudiyada İtalya və Rusiyanın əməkdaşlığı ilə birgə film çəkiləcək.

XS
SM
MD
LG