Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 23:50

Azərbaycanlılar pulu niyə Azərbaycana yox, Gürcüstana qoyurlar?


Arxiv fotosu: Tbilisidə Saakadze prospekti.
Arxiv fotosu: Tbilisidə Saakadze prospekti.

Bu ilin 9 ayında azərbaycanlılar Gürcüstana 434 milyon ABŞ dolları həcmində birbaşa sərmayə yatırıblar.

Son üç ildə Azərbaycandan Gürcüstana investisiyalar ilbəil artır. 2014-cü ildə - 341 milyon, ötən il - 550 milyon dollar.

Azərbaycan investisiyalarını Gürcüstanda cəlb edən nədir? Niyə bu pul Azərbaycana yox, Gürcüstana qoyulur?

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, azərbaycanlı iş adamlarının daha çox Gürcüstana investisiya qoymasının səbəblərindən biri Azərbaycanda biznes mühitində olan ciddi problemlərlə bağlıdır.

Onun sözlərinə görə, bu baxımdan xarici investorlarla yanaşı yerli sahibkarlar da öz vəsaitlərini daha uyğun region ölkələrində yerləşdirməyə çalışırlar. Ekspert deyir ki, regionda daha mütərəqqi siyasət həyata keçirən ölkə Gürcüstan olduğu üçün daha çox həmin ölkəyə üz tuturlar.

Rəşad Həsənov:"Azərbaycanda biznes mühitində ciddi problemlərlə bağlıdır"
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

İqtisadçı, eyni zamanda sahibkar Nazim Bəydəmirlinin fikrincə iş adamları iqtisadi rəqabət olan ölkələrə daha çox maraq göstərirlər. Nazim Bəydəmirli deyir ki, Gürcüstan kölgə iqtisadiyyatının az olduğuna görə liderdir. Ekspert bildirir ki,Azərbaycan hökuməti bundan nəticə çıxarmalıdır.

Nazim Bəydəmirli: "Gürcüstanda kölgə iqtisadiyyatı azdır..."
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyir ki, ola bilsin Gürcüstanda qanunlar sərt deyil.

Deputat bildirir ki, azərbaycanlı sahibkarların Gürcüstana maraq göstərməsinin səbəbi həm də Azərbaycana yaxın olduğu üçündür.

Vahid Əhmədov bildirir ki, investorlar Azərbaycana da investisiya qoyurlar. Deputatın fikrincə ən əsas şərt stabillikdir. Azərbaycanda da, Gürcüstanda da stabillik mövcuddur.

Vahid Əhmədov: "Ola bilsin ki, Gürcüstan yaxındır..."
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

XS
SM
MD
LG