Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:51

Trump 100 günə bunları gerçəkləşdirməyə söz verib


 Donald Trump, 15 avqust 2015
Donald Trump, 15 avqust 2015

Trump-ın 100 gündə gerçəkləşdirməyə söz verdiyi vədlərin qısa xülasəsi

Donald Trump seçki ərəfəsində “seçiçilərlə müqavilə” başlığıyla bir mətn yaymışdı. O, həmin mətndə prezident seçilsə, hakimiyyətinin ilk 100 günündə hansı işləri görəcəyini dolğun şəkildə açıqlamışdı. Noyabrın 8-də Trump prezident seçildi. İndi onun həmin vədlərinin qısa xülasəsinə göz atmaq olar:

Vaşinqtonun “təmizlənməsi” üçün 6 tədbir

Konqresmenlərin iki dəfədən artıq seçilməsini qadağan etmək üçün ölkə Konstitusiyasına müvafiq dəyişiklik layihəsi ilə çıxış etmək;

Dövlət büdcəsindən maliyyələşən orqanlara (müdafiə, ictimai təhlükəsizlik və səhiyyə sahələri istisna olmaqla) yeni işçilərin qəbulunu dayandırmaq;

Hər yeni federal qayda əvəzində iki köhnə qaydanın ləğvini tələb etmək;

Ağ Evin və Konqresin istefaya çıxan əməkdaşlarının beş il ərzində lobbiçilik fəaliyyəti ilə məşğul olmasına qadağa qoymaq;

Ağ Evin əməkdaşlarının başqa dövlətlərin maraqları üçün lobbiçilik fəaliyyəti ilə məşğul olmalarına ömürlük qadağa qoymaq;

Amerikanın seçki kampaniyalarına xarici lobbi qruplarından hər hansı maliyyə vəsaiti qəbulunu tam yasaqlamaq.

Barack Obama və Donald Trump, 10 noyabr 2016
Barack Obama və Donald Trump, 10 noyabr 2016

Amerikalı işçiləri qoruyacaq 7 tədbir

NAFTA müqaviləsinə (Kanada, ABŞ və Meksika arasında azad ticarət sazişi) yenidən baxmaq, yaxud müqavilədən ümumiyyətlə çıxmaq planını elan etmək;

Amerikanın Sakit Okean Tərəfdaşlığından (Asiya-Sakit okean regionunun 12 ölkəsi arasında azad ticarət haqqında Obama-nın imzaladığı TPP sazişi) çıxdığını elan etmək;

Maliyyə Nazirliyinə Çini “valyuta manipulyatoru” elan etməyi tapşırmaq;

Ticarət Nazirliyinə ölkənin beynəlxalq ticarətində amerikalı işçilərin maraqlarına xələl gətirən bütün halları üzə çıxarıb, onları dərhal aradan qaldırmaq üçün tapşırıq vermək;

Enerji resurslarının (o cümlədən şist qazı, neft, təbii qaz və təmiz kömür) işlənilməsi layihələrinin ümumi məbləğinə qoyulmuş 50 trilyon dollarlıq məhdudiyyəti götürməklə yeni iş yerləri açmaq;

Obama-Clinton cütlüyünün nəhəng infrastruktur layihələrinə, o cümlədən Keystone neft kəmərinin (ABŞ və Kanada arasında iri neft kəməri) tikintisinə qoyduğu məhdudiyyəti ləğv etmək;

BMT-nin iqlim dəyişikliyi proqramlarına çoxmilyardlıq ödənişləri dayandıraraq, əvəzində həmin vəsaiti Amerikanın ətraf mühit və su infrastrukturu layihələrinə xərcləmək.

Foto: arxiv
Foto: arxiv

Təhlükəsizliyin və hüququn aliliyinin təmin olunması üçün 4 tədbir

Barack Obama-nın bütün qeyri-konstitusion aktlarını ləğv etmək;

Qeyri-leqal miqrantların təqib olunmadığı və sərbəst yaşadığı şəhərlərin (məsələn, Nyu York, Vaşinqton, Çikaqo, San Xose və s.) federal büdcədən maliyyələşdirilməsini tam dayandırmaq;

Qanun pozuntusuna yol vermiş 2 milyondan artıq miqrantın ölkədən çıxarılmasına başlamaq və onların qəbulundan imtina edən ölkələrin vətəndaşlarına yeni viza verməmək;

Terrorçuların nüfuz etdiyi regionlardan miqrant qəbulunu dayandırmaq, ölkəyə gələn bütün şəxslərin ciddi yoxlamadan keçirilməsini təmin etmək.

Yeni qanunlarla bağlı ideyalar

Biznes üçün vergini 35%-dən 15%-ə endirmək;

İş yerlərinin xaricə axınının qarşısını alacaq qanun qəbul etmək;

Obama-nın apardığı səhiyyə islahatını (“Obamacare” adı ilə tanınır) ləğv etmək;

Təhsil sistemini dəyişdirərək, valideynlərin öz uşaqlarını istənilən məktəbə göndərməsinə imkan yaratmaq;

Uşaq bağçalarına və ahıllara qulluğa pul xərcləyən ailələrə vergi güzəştləri müəyyənləşdirmək, işəgötürənləri işçilərinə iş vaxtıuşağa baxmasına imkan yaratmağa həvəsləndirmək;

Meksikanın vəsaiti hesabına bu ölkə ilə sərhəddə divar hörmək, deportasiya olunduqdan sonra ABŞ-a təkrar qanunsuz giriş edənlərin, eləcə də ölkədəqalma müddətini ötürmüş şəxslərin cəzalarını sərtləşdirmək.

XS
SM
MD
LG