Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:35

Prezident Administrasiyasından Venesiya Komissiyasının rəyinə cavab gəldi


Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev
Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev

Şahin Əliyev: "Bu siyasi sifarişdir"

“Biz Venesiya Komissiyası ilə həmişə bir-birimizin rəyinə hörmətlə yanaşmışıq. İndiyə qədər Venesiya Komissiyasının üç aydan tez hər hansı qanun layihəsinə rəy yazması halına rast gəlməmişəm”.

Bu sözləri Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev sentyabrın 21-də keçirdiyi mətbuat konfransında deyib.

APA-nın xəbərinə görə, o bildirib ki, hər hansı qanun layihəsinə rəy verməzdən öncə Azərbaycan tərəfinin mövqeyi öyrənilməlidir. Ancaq Venesiya Komissiyası və Avropa Şurası Konstitusiyaya dəyişikliklərlə əlaqədar bizimlə əlaqə saxlamayıb. Nə rəsmi müraciət, nə də zəng olub.

Biz fakt qarşısında qoyulmuşuq...

"İki həftəyə bu dəyişikliklərə rəy vermək mümkün deyildi".

“Ancaq referendum layihəsi ilə əlaqədar bu prosedur pozulub. Bu rəy sentyabrın 6-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) prezidentinin sorğusu əsasında cəmi iki həftə müddətində hazırlanıb. Bizim dinlənilmək hüququmuz əlimizdən alınıb, biz fakt qarşısında qoyulmuşuq”.

Buna da bax:​ İlham Əliyev: 'Şimal bölgəsində işlər yaxşı gedir'

Ş.Əliyev vurğulayıb ki, Venesiya Komissiyasının rəyi ilə tanış olan hər kəsdə bunun siyasi sifariş olduğu qənaəti yaranır.

"Bizim dinlənilmək hüququmuz əlimizdən alınıb, biz fakt qarşısında qoyulmuşuq”.

“İki həftəyə bu dəyişikliklərə rəy vermək mümkün deyildi. AŞPA sədri yalnız referenduma 20 gün qalmış Venesiya Komissiyasına müraciət edib. Mən bunu siyasi sifariş kimi qiymətləndirirəm. Avropa Şurası Parlament Assambleyasında müxtəlif ölkələrin deputatları var. Çox güman ki, bu sifariş həmin deputatlarla bağlıdır”, şöbə müdiri deyib.

Təyinatlı vitse-prezidentlik ABŞ-da da var

Rəyin məzmununa gəlincə, Ş.Əliyev deyib ki, orda kifayət qədər qeyri-dəqiqliklər var, kobud səhvlərə rast gəlinir.

"Söhbət referendum aktı qəbul edilsə, təsis olunacaq vitse-prezidentlər institutundan gedir".

“Əsas narazılıqları icra hakimiyyəti şaqulisinin möhkəmləndirilməsi ilə bağlıdır. Söhbət referendum aktı qəbul edilsə, təsis olunacaq vitse-prezidentlər institutundan gedir. Yanaşma budur ki, təyinatlı vitse-prezidentlik institutu demokratik deyil. Hansı beynəlxalq sənəddə belə demokratik standart əksini tapıb? Belə demokratik standart yoxdur. ABŞ-da prezident öz səlahiyyətlərini icra edə bilmədikdə vitse-prezident icra edir. Vitse-prezident bu səlahiyyəti icra edə bilmədikdə, prezidentin səlahiyyətini seçilməmiş nazirlər ardıcıllıqla icra edir, heç kim də bunu qeyri-demokratik adlandırmır”, Ş.Əliyev bildirib.

Buna da bax:​ AŞPA-da Azərbaycanın referendum müzakirəsi

Ş.Əliyev prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi məsələsinə Venesiya Komissiyasının yanaşmasını da qəbul etmədiklərini ifadə edib.

"Hansı beynəlxalq sənəddə belə demokratik standart əksini tapıb? Belə demokratik standart yoxdur".

“Bu, günün tələbidir. Parlamentin fəaliyyətində də pat situasiyası yarana bilər. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda prezidentin parlamentə göndərdiyi qanun layihələri parlamentdə qəbul edilməyib. Məsələn, Fransa prezidenti parlamenti çox asanlıqla buraxa bilər”.

Venesiya Komissiyası sentyabrın 21-də açıqladığı ilkin rəyində Konstitusiya təklif olunan dəyişiklikləri tənqid edib. «Təklif edilən dəyişikliklər prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin poza bilər», - qurum bildirir.

Venesiya Komissiyası: "Təklif edilən dəyişikliklər prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin poza bilər".

Komissiya yekun rəyini Avropa Şurasının oktyabrın 14-ü və 15-də keçiriləcək plenar iclasında açıqlamalıdır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Venesiya Komissiyasından Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumu qiymətləndirməyi xahiş edib.

Azərbaycanın özü isə bunu Venesiya Komissiyasından istəməmişdi.

Buna da bax:​ ABŞ-dan referendum ərəfəsində açıq diskussiyalar istəyi

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG