Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:55

'İsmayıllı məhbusları' Ali Məhkəməyə şikayət edib


«İsmayıllı məhbusları»na hökm oxundu
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

«İsmayıllı məhbusları»na hökm oxundu

İsmayıllı hadisələrinə görə həbs edilmiş şəxslər Ali Məhkəməyə şikayət edib.

Bu haqda «Turan» İnformasiya Agentliyinə vəkil Nemət Kərimli bilgi verib.

Kassasiya şikayəti verənlər Cəfər Cəfərov və Səftər Ağamalıyevdir. Vəkilin bildirdiyinə görə, məhkəmələrin həmin şəxslər barəsində çıxardığı qərarların hamısı qanunsuz olub, onlar əsassız yerə cəza çəkiblər.

«Kassasiya şikayətində hər iki şəxsə bəraət verilməsini istəmişik», - vəkil deyib.

Ali Məhkəmə şikayətə sentyabrın 9-da baxacaq.

2013-cü ilin yanvarında İsmayıllıda baş verən kütləvi iğtişaşlar nəticəsində 20-dən artıq adam həbs olunmuşdu. Onlardan 18-i yerli sakin idi. Hazırda sakinlərdən 4-ü həbsdədir.

İsmayıllı hadisələri ilə bağlı işə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səftər Ağamalıyev 8, Cəfər Cəfərov isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Apellyasiya Məhkəməsi həmin hökmü dəyişməyib.

Hazırda həbsdə olan REAL hərəkatının rəhbəri İlqar Məmmədov da İsmayıllı hadisələrinə görə həbs edilib. Onunla birgə həbs edilən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə bu ilin martında prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG