Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:44

'Qafqaz'ın tələbələri narazılıq edir- [Video]


Qafqaz Universitetində bağlanma həyəcanı
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Qafqaz Universitetində bağlanma həyəcanı. Burada hələ onlar universitetin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsindən xəbərsizdirlər.

-

Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilən Qafqaz Universitetinin tələbələrinin bu qərara etiraz etdiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan fikirlərdə universitetlə bağlı çıxarılan qərarın yanlış olduğu vurğulanır, onun qəbuledilməzliyi ifadə edilir.

Etiraz çağırışlarını diqqətə alan universitet rəhbərliyi də iyulun 20-də “Qafqaz”ın rəsmi facebook səhifəsində tələbələri qərara uymağa, sakitliyə dəvət edib.

“Qafqaz Universitetinin bağlanması ilə əlaqəli xəbərdən təsirlənən tələbələrimizin, valideynlərin müxtəlif yerlərdə toplanma, həmrəylik və ya etiraz nümayiş etdirmə kimi sosial şəbəkələrdə çağrışlar etməsinə münasibət bildiririk. Qafqaz Universiteti Rektorluğu rəsmi olaraq bu kimi halların yolverilməz olduğunu qeyd edir. Bu kimi şəxsləri təmkin və sükunətə dəvət edərək, dövlətimizin rəsmi qurumlarının qərarını gözləməyi və alınan qərar nə olacaqsa ona tabe olmağa çağırır”, deyə universitet rəhbərliyinin müraciətində bildirilir.

Qafqaz Universitetinin fəaliyyətinin dayandırılması, ardınca Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi qərarını bəzi ictimai şəxslər, ekspertlər də narazılıqla qarşılayıblar.

Buna da bax: 'Zaman-Azərbaycan' qəzeti də dayandı

“Qafqaz”da təhsil sistemi əvvəlki kimi saxlanacaq - Rektor

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Qafqaz Universitetinin bundan sonrakı aqibətindən danışıb.

Rektorun APA-ya deməsinə görə, iyulun 21-dən təhvil-təslim işlərinə başlanacaq.

“Qafqaz Universitetində təhsil sistemi əvvəlki qaydada saxlanılacaq. Bütün ixtisaslar, abituriyentlərin qəbulu olduğu kimi qalacaq. Qafqaz Universiteti əvvəl necə fəaliyyət göstəribsə, bu gündən sonra da elə fəaliyyət göstərəcək. Sadəcə olaraq, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətini davam etdirəcək. Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında daha da inkişaf edəcək”, Elmar Qasımov deyib.

Universitet rektorunun vəzifəsindən azad ediləcəyini deyən E. Qasımov əlavə edib ki, tədris Qafqaz Universitetinin kampusunda davam etdiriləcək.

Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək iyulun 20-də bu təhsil ocağının bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Daha sonra isə SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildiyini bildirib.

Xaliq Məmmədov qeyd edib ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib:

XS
SM
MD
LG