Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:38

Ermənistan mövqeləri möhkəmləndirməyə milyonlar xərcləyir


Arxiv fotosu: Qarabagda səngərlərdə erməni əsgərləri
Arxiv fotosu: Qarabagda səngərlərdə erməni əsgərləri

►"10 milyon bəs eləmir"

Qarabağdakı erməni separatçılarının qondarma "hökuməti"nin xüsusi hesabına 10 milyon dollar köçürülüb.

Amma özünü baş nazirin müavini adlandıran Artur Agabekian deyib ki, "Qarabağ hökuməti"nin xüsusi hesabına köçürülmüş vəsait müdafiə problemlərinin həlli üçün kifayət deyil.

Dördgünlük aprel müharibəsi zamanı açılmış xüsusi hesaba iyulun 1-dək 10 milyon dollara qədər pul köçürülüb. Agabekianın sözlərinə görə, bu məbləğin yarısı artıq xərclənib.

"Müdafiə sisteminin tamamilə yenidən qurulması üçün iri məbləğlərə ehtiyac var," deyə o AzadlıqRadiosunun erməni xidmətinə bildirib.

Agabekian qeyd edib ki, aprel müharibəsindən sonra cəmiyyət ordunun problemləri barədə daha məlumatlı olmağa başlayıb. O bildirib ki, gecə müşahidəsi imkanlarının genişləndirilməsi istiqamətində çox iş görülüb, rabitə modernləşdirilir və mühəndis işləri görülür. "Qarşı tərəfin hərbi əməliyyatları aparmaq üsulu göstərdi ki, klassik müharibə zamanı istifadə olunan mühəndis qurğuları kifayət deyil. Onların havadan hücum imkanlarına duruş gətirməyin yeganə üsulu düzgün yaradılmış mühəndis qurğularıdır. ...Belə bir böyük vəzifə yerinə yetirilib, bu gün bütün ön xətt mühəndis qurğuları ilə təchiz olunub," Agabekian deyib.

Onun sözlərinə görə, yığılmış məbləğin təqribən 1,5 milyon dollarına hərbi texnika və avadanlıq alınıb, habelə şəxsi heyətin zərbə endirmək imkanları artırılıb.

"Toplanmış vəsait azdırsa, onda niyə Ermənistan hökuməti orduya ayrılmış maliyyə vəsaitini artırmır?" sualına cavab olaraq Agabekian belə deyib:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

"Götürülmüş beynəlxalq öhdəliklər çərçivəsində müdafiə xərcləri ÜDM əsasında formalaşdırılır. Ermənistan Respublikası müdafiə xərclərinə ÜDM-inin 10, yaxud 15%-dən çoxunu ayırmaq iqtidarında deyil. Yaxşısı budur, siz soruşun Ermənistanın böyük iqtisadiyyatının, daha yüksək ÜDM-nin olması üçün nə etmək lazımdır."

"Baş nazir" bu günlərdə Dağlıq Qarabağın "parlamentinin" qapalı iclasında çıxış edərək toplanmış vəsaitin xərclənməsinə dair hesabatı təqdim edib.

İclasda iştirak edən müxalifətçi deputat Hayk Khanumian deyib ki, toplanmış məbləğ dörd günlük müharibədən sonra yaranmış əsas problemlərin həlli üçün kifayət deyil. "Yaranmış əsas problemlər texnoloji geriləməni və Azərbaycan ordusunun texnoloji üstünlüyünü göstərir... Bunun üçün böyük investisiyalar lazımdır, müəyyən silahların alınması lazımdır," deyə o bildirib.

Dağlıq Qarabağ "parlamenti"ndəki "Daşnaksutyun" fraksiyasının rəhbəri David İshkhanian və bir sıra başqa deputatlar təklif ediblər ki, ordunun silahlandırılmasının gücləndirilməsi məqsədilə ümummilli rüsum tətbiq olunsun, əldə olunan vəsaitin bir hissəsi mütləq qaydada müdafiə ehtiyaclarına yönəldilsin.

Deputatlar düşünürlər ki, ilkin mərhələdə bu rüsum təkcə Dağlıq Qarabağa, daha sonra isə Ermənistana və diasporaya tətbiq oluna bilər.

E.Məmmədyarov:"Sülhə nail ola bilərik"

E.Məmmədyarov:"Sülhə nail ola bilərik"
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

XS
SM
MD
LG