Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:43

Danışıqlara prezidentlər nəzarət edəcək


Prezidentlərin Sankt-Peterburq görüşü - 20 iyun 2016
Prezidentlərin Sankt-Peterburq görüşü - 20 iyun 2016

-

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.

AZƏRTAC bu xəbəri prezidentlərin Sankt-Peterburq sammitinin yekunları ilə bağlı qəbul olunan birgə bəyanatına istinadən yayıb.

«Prezidentlər Dağlıq Qarabağ problemi ilə bağlı əlaqələrin əhəmiyyətli olduğunu qeyd ediblər. ATƏT-in Minsk qrupunun işinə tamamlama olaraq bu formatda əlaqələrini davam etdirmək barədə razılığa gəliblər. Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafa şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər»,-deyə bəyanatda vurğulanır.

Birgə bəyanatda həmsədrlərin prezidentlərin görüşünün yekun hissəsinə qatıldıqları qeyd edilib.

Separatçı Dağlıq Qarabağ və Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən daha 7 rayonu işğal ediblər.

Bu müharibədə hər iki tərəfdən 30 minədək adam ölüb.

Bu il aprelin 2-dən 5-dək Dağlıq Qarabağdakı təmas xəttində yenidən qızğın döyüşlər gedib, hər iki tərəf onlarla itki verib.

Rusiyanın vasitəçiliyi ilə atəşkəs mayın 5-də yenidən bərpa edilib.

XS
SM
MD
LG