Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:44

İsmayıllıda çadır evlər


Sürüşmə
Sürüşmə

-

İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində torpaq sürüşməsinin davam etdiyi bildirilir.

«Report»un xəbərinə görə, sürüşmə nəticəsində kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərin divarlarında çatlar əmələ gəlib, bir neçə ev yararsız vəziyyətə düşüb.

Hələ iki gün əvvəl evi qəzalı vəziyyətə düşən 7 ailənin qohumlarına sığındığı bildirilirdi.

Xəbərdə qeyd edilir ki, sonradan ekspertlər ümumilikdə 12 evin boşaldılmasına qərar veriblər. Ötən gündən etibarən qəzalı duruma düşən evlərin sakinlərinə təhlükəsiz yerlərdə çadırlar qurulub.

Fövqəladə hallar komissiyasının (FHK) sədri Rövşən Ağayev deyib ki, 2007-ci ildən bu günə qədər rayon ərazisində torpaq sürüşməsi nəticəsində 30 yaşayış məntəqəsində 192 ev qəzalı vəziyyət düşüb.

Son günlər torpaq sürüşmələrinin Ağsu aşırımında, Lerikdə, Lənkəranda və Şahdağ Milli Parkı ərazisində aktivləşdiyi bildirilib. Sürüşmələrə əsas səbəb kimi intensiv yağışlar göstərilir.

XS
SM
MD
LG