Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:49

Sürüşməyə görə 7 ailə köçürülüb


Sürüşmə
Sürüşmə

-

İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində torpaq sürüşməsinin davam etdiyi bildirilir. Son iki gündə sürüşmənin daha da aktivləşərək böyük ərazini əhatə etdiyi qeyd olunur.

APA-nın xəbərinə görə, ərazidə təhlükəli vəziyyət yaranıb, fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərin divarlarında iri çatlar əmələ gəlib. Deformasiyaya uğrayan evlər yararsız hala düşüb.
İyunun 6-sı və 7-də kənddə 7 ailənin mənzillərdən təhlükəsiz əraziyə köçürüldüyü bildirilir. Onların kənddə qohumlarının evlərində yerləşdirildiyi qeyd edilir.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev bildirib ki, hadisə ilə bağlı Nazirlər Kabinetinə məlumat verilib.

Rövşən Ağayevin deməsinə görə, Basqal-Sulut avtomobil yolu bağlanıb, Sulut, Kələzeyvə və Sərsurə kəndlərinin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib.

«Dərhal əraziyə «Azəravtoyol» Səhmdar Cəmiyyətinin 7 saylı Yol idarəsinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Sürüşmə ərazisindən kənarda 5 kilometr uzunluğunda alternativ yol çəkilib. Əhalinin və avtomobillərin hərəkəti bərpa edilib»,-deyə müavin qeyd edib.

XS
SM
MD
LG