Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:53

Azərbaycan əsgəri həlak olub


Azərbaycan ordusu
Azərbaycan ordusu

-

Mayın 17-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Natiq Tahirli cəbhədə həlak olub.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri qoşunların təmas xəttində atəşkəsi pozublar.

«Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür»,-deyə məlumatda qeyd edilir.

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri də iştirak edib.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilir ki, prezidentlər atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını vurğulayıblar.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

XS
SM
MD
LG