Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:52

Qaz idarəsinin döyülən işçisi polisdən şikayətçidir


Bakı, Suraxanı rayonu, qaz idarəsinin işçisinin döyüldüyü ərazi
Bakı, Suraxanı rayonu, qaz idarəsinin işçisinin döyüldüyü ərazi

-

«10-12 NƏFƏR MƏNİ VƏHŞİCƏSİNƏ DÖYDÜ»

Bu il fevralın 22-də Suraxanı Qaz İdarəsinin əməkdaşı Ramil Məmmədov Suraxanı rayonu, 13-cü Mədən küçəsindəki qaz tənzimləyicisini yoxlayarkən abonentlər tərəfindən döyülüb. Əsasən başından ağır xəsarətlər alan çilingəri Mərkəzi Neftçilər Xəstəxanasına aparıblar. Bir neçə gün kəllə-beyin travması diaqnozu ilə müalicə olunub. Sağaldıqdan sonra 40 gün evdə müalicə olunub, hazırda işinə qayıdıb. AzadlıqRadiosu-na danışır ki, Suraxanı rayon Polis İdarəsində fakt üzrə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlansa da, onu döyənlər azadlıqda gəzir:

Ramil Məmmədov
Ramil Məmmədov

«Qaz tənzimləyicini yoxlayarkən adını sonradan bildiyim Qüdrət adlı adam mənə yaxınlaşdı, tələb etdi ki, qazı normadan artıq verək. Dedim ki, «mümkün deyil». Kobudluq elədi, söyüşlə danışdı, biz maşına mindik ki, çıxıb gedək, imkan vermədi, maşında çantam vardı, götürüb yerə çırpdı, içərisindəki alətlər dağıldı. Düşüb yığanda yaxamdan yapışdı, bizdən təqribən 50-100 metr aralıda olan adamları çağırdı, onlar da «Jiquli»yə minib gəldilər, məni döyməyə davam etdilər. Azı 10-12 nəfər tərəfindən vəhşicəsinə döyüldüm, başıma vintaçanla zərbələr vurduqlarından huşumu itirdim».

«ÜZLƏŞDİRMƏ OLMAYIB»

«Prokuror müavini müstəntiqi çağırıb nəyə görə işin bu qədər uzandığını soruşanda ...»

Deyir, yanında olan iş yoldaşları onu döyənlərin əlindən zorla alıblar. DİN 102 xidmətinə və təcili yardıma zəng vurublar:

«Polis işçiləri məni xəstəxanada dindirdilər. Xəstəxanadan çıxandan sonra gözlədim ki, bəlkə yenə çağırıb maraqlanarlar, səs-soraq çıxmadı. 40 gün evdə xəstə yatdıqdan sonra işə çıxdım. Həmin ərazidəki tənzimləyicini yoxlamağa gedəndə gördüm ki, həmin adamlar mənə kənardan baxırlar. 20 gün əvvəl Suraxanı rayon Prokurorluğuna getdim. Prokuror müavini müstəntiqi çağırıb nəyə görə işin bu qədər uzandığını soruşanda müstəntiq dedi ki, təcili üzləşdirmə keçirəcək. 20 gün keçib, hələ də üzləşdirmə aparılmayıb».

Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Suraxanı rayon polis idarəsindən «Qaynar xətt»ə bildiriblər ki, Ramil Məmmədovun döyülməsinə görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Onu döyənlər dindirilib. Yaxın günlərdə üzləşmə də keçiriləcək. İstintaq davam etdiyindən əlavə məlumat vermədilər.

XS
SM
MD
LG