Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:31

Şəki sakini: “1-2 saatlıq qəbulu öz adamlarıyla yola verirlər”


Mingəçevirdə işsizlərin izdihamı
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Mingəçevirdə işsizlərin izdihamı

►“Mənimkimilərsə qapının arxasında qalır. Ümumiyyətlə, icra hakimiyyətində işləyənlər öz qohum-əqrəbalarıdır”

“Şəki şəhər icra hakimiyyətində vətəndaşları qəbula buraxmırlar. Başçının qəbuluna yalnız öz adamlarını salırlar. Mənimkimilərsə aylarla, hətta illərlə gedib-gəlir, o boyda qurumda dərdini deməyə bir adam tapmır”.

Şəkinin Oxud kənd sakini Kənan Əhmədov 2-ci qrup əlildir, bu əlilliyə görə 55 manat təqaüd alır. Ancaq bu təqaüd 12 nəfərdən ibarət ailənin heç yavan çörəyinə də çatmır. Üstəlik də kirayədə qalan bir ailənin…

“DEYİRLƏR, “GET BAKIYA””

Ailə başçısının sözlərinə görə, özü, həyat yoldaşı və azyaşlı övladlarından biri müxtəlif xəstəliklərdən əziyyət çəkir. Kənddəki işsizlik, şəraitsiz evdə yaşamaq çətinliklər yaratdığından ailəsini yığıb köçüb rayonun özünə ki, iş tapıb kürkünü sudan çıxarsın. Ancaq burada da həyatını sahmana sala bilməyib:

“Hər gün icra hakimiyyətinə gedirəm, qəbula yazmırlar. Gedirəm ki, mənə iş versinlər. Deyirlər, “nə var hər gün gəlirsən, başımızı ağrıdırsan. Get Bakıya, nə dərdin var, ordakılara de”. Hər dəfə başçının qəbuluna siyahı üzrə eyni adamları salırlar. O adamları ki, başçının başını ağrıtmırlar, heç nə tələb etmirlər, ümumiyyətlə, dərdləri yoxdur. Gözdən pərdə asmaq üçün 1-2 saatlıq qəbul keçirirlər, öz adamları ilə yola verirlər. Mənimkimilərsə qapının arxasında qalır. Ümumiyyətlə, icra hakimiyyətində işləyənlər öz qohum-əqrəbalarıdır. Hər şey öz əllərindədir, torpaqdan satırlar, yeyirlər. Mənimkimisinin dərdi nə veclərinə…”

Kənan Əhmədov tez-tez Bakıya da gəlir. Prezident Administrasiyasının qarşısına yollanır, saatlarla gözləyir, ümid edir ki, onu kimsə dinləyəcək”.

“Deyirlər, “get, sabah gəl, bu gün səni qəbul eləməyə heç kəs yoxdur. Mən də ümidlənirəm, günlərlə gözləyirəm. Ac qalıram, küçələrdə dolaşıram, bir gün, iki gün… Sonra da başa düşürəm ki, məni başlarından rədd eləyirlər. Geri qayıtmağa pul tapa bilmirəm. Neçə dəfə ondan-bundan dilənmişəm. Vallah, bizim axırımız yoxdur. Hökumət vətəndaşına insan kimi yanaşmır. Bir parça çörəyə möhtac saxlayır. Mən ac qalaram, bəs tifillərim? Biz onlara həyat veririk ki, acından öldürək?”

“HƏR ŞEYƏ GÖRƏ İCRA HAKİMİYYƏTİNƏ GƏLİRLƏR”

Şəki şəhər İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Kənan Əhmədov quruma torpaq sahəsi və iş üçün gəlib-gedir. Ona tövsiyə olunub ki, işə görə rayon məşğulluq mərkəzinə müraciət etsin.

“Adamlar hər şeyə görə icra hakimiyyətinə gəlirlər. Başa düşmürlər ki, icra hakimiyyətinin öz səlahiyyətlərinə daxil olan vəzifələr var. İş axtaran, pensiya düzəltdirmək istəyən, sosial yardım tələb edən, torpaq alan, torpaq satan, uşağının müalicəsinə pul axtaran, polisdən şikayəti olan… İnsanları lazımi qurumlara yönəldəndə isə bunu başqa cür anlayırlar”, - icra hakimiyyətinin əməkdaşı bildirib.

XS
SM
MD
LG