Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Gürcü kəndində xristian-müsəlman davası


İllüstrasiya
İllüstrasiya

►"əgər xristian gürcülər üçün qəbiristanlıqda ölənin ruhuna sağlıq deyərək içki içmək dəfn mərasiminin ayrılmaz hissəsidirsə müsəlmanlar üçün bu, qəbrin təhqir olunmasıdır.​"

Gürcüstanda yeni dini gərginlik ocağı yaranıb. Samtsxe-Cavaxeti regionunun Adigeni kəndində müsəlman cə xristian icmalarının nümayəndələri arasında dava düşüb. Üç müsəlman xəsarət alıb.

Ölkənin cənubunda - Samtsxe-Cavaxetiya əyalətində yerləşən bu kənddə gürcülərlə yanaşı erməni, osetin və azərbaycanlılar da yaşayırlar.

Mübahisə müsəlmanlar üçün yeni qəbiristanlığın yaradılması planına görə başlayıb. Belə ki, yerli xristianlar müsəlmanların özlərinə ayrıca qəbiristanlıq yaratmaq istəyindən narazıdırlar. Ancaq mərkəzi hakimiyyət onların bu istəyini qanuni hesab edir. Fevralın 25-də dini məsələlər üzrə dövlət agentliyi yerli hökumətə yeni qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasını tövsiyə edib. Ancaq fevralın 29-da, yerli bələdiyyənin başçısı (qamqebeli) Zakariya Endeladze sakinləri yeni qərarla tanış etmək üçün gələndən sonra dava düşüb.

SƏRXOŞ VƏZİYYƏTDƏ...

Kənd sakini Zurab Tabidze hər hansı insidentin baş verməməsi üçün məmurdan görüşü təxirə salmağı xahiş edib. Çünki həmin gün xristianlar öz dini bayramlarını qeyd edirdilər və onların əksəriyyəti ayıq vəziyyətdə deyildi.

Ancaq məmur qəbiristanlıq üçün yerin təyin edilməsi üçün kəndə gəlib. Xristianlarla müsəlmanlar arasında bu anlaşılmazlıq da elə bu zaman baş verib. Bir xristian kənd sakini deyir ki, xrisrianlar kənddə iki qəbiristanlığın olmasına imkan verməyəcəklər. "Xristianları harada dəfn edirlərsə qoy müsəlmanları da onların yanında dəfn etsinlər. Əgər onlar buna qarşıdırlarsa qoy öz ölülərini istədikləri yerə aparsınlar. Yerli hakimiyyət nə qədər qərar qəbul etsıə də, onlar kağız üzərində qalacaq, bir yeni qəbiristanlığın açılmasına imkan verməyəcəyik," deyə o bildirib.

Müsəlman icmasının nümayəndələri deyir ki, əvvəldən elə belə də olub. Onlar Adigeni kəndinə təbii fəlakətdən sonra Acariyanın dağlıq hissəsindən köçürülüblər. Bəziləri vəfat etmiş qohumlarını dəfn etmək üçün Acariyadakı ailə qəbiristanlığına, bəziləri isə qonşu müsəlman kəndlərinə aparırmış. Ancaq cənazə ilə birlikdə kilometrlərlə yol getmək müsəlmanlar üçün çətin olduğundan onlar məsələni hüquqi yolla həll etmək istəyiblər.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

İÇKİ MƏSƏLƏSİ

Samtsxe-Cavaxetinin müftisi Mamuka Vaşakmadze yerli xristianların müsəlmanların qəbiristanlığın ardınca məscid və minarə tikəcəkləri ilə bağlı narahatlığını əsassız hesab edir. O izah edib ki, xristianlarla müsəlmanların dəfn mərasimləri fərqlidir. Belə ki, əgər xristian gürcülər üçün qəbiristanlıqda ölənin ruhuna sağlıq deyərək içki içmək dəfn mərasiminin ayrılmaz hissəsidirsə müsəlmanlar üçün bu, qəbrin təhqir olunmasıdır. Müfti düşünür ki, yerli hakimiyyət bu mübahisəni həll etmək iqtidarında deyil. O, baş naziri, hökuməti və mərkəzi hakimiyyəti bu problemi həll etməyə çağırır.

Müsəlmanlar da xristianlar kimi bələdiyyə başqanı Endeladzeni qınayırlar. Qamqebelinin özü isə narahatdır; axı o qərar barədə əhaliyə məlumat verməli idi.

Polis kordonu iki icmanın bir-biri ilə toqquşmaması üçün kəndi ortadan iki yerə ayırıb. Axşama doğru DİN Adigenidə vəziyyətə tam nəzarət etdiyini bildirib və əhalini qanunu pozmamağa çağırıb. Davaya görə "dini mənsubiyyətə görə təqibetmə" maddəsi üzrə cinayət işi açılıb. Bu maddə cərimə və ya iki il azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutur.

Hazırda ombudsman aparatının və hüquq müdafiə QHT-lərinin nümayəndələri vəziyyətə nəzarət edirlər. Hüquq müdafiəçiləri dini azlıq nümayəndələrinin təqib olunması hallarının artmasını hökumət tərəfindən qeyri-adekvat reaksiya ilə izah edərlər. Onlar hökuməti heç olmasa bu halda məsələyə ciddi reaksiya verməyə çağırırlar.

XS
SM
MD
LG