Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:50

Konqresmen İlham Əliyevə məktub yazdı


 Edward Royce
Edward Royce

-

«Bir ildən artıqdır Azad Avropa/AzadlıqRadiosunun Bakı bürosu zorən bağlanıb, aparıcı jurnalisti Xədicə İsmayılova isə həbsdə yatır. Bu kədərli ildönümündə sizə yazaraq, Xədicə İsmayılova və digər jurnalistlərin həbsdə saxlanması, Bakı bürosunun isə bağlı qalmasının iki ölkənin münasibətlərinə ziyan vuracağından narahatlığımızı ifadə etmək istəyirik».

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Edward R.Royce Azərbaycan prezidenti İlham Əliyevə yanvarın 28-də göndərdiyi məktubda belə yazır.

Məktubda vurğulanır ki, Azad Avropa/AzadlıqRadiosu ABŞ Konqresi tərəfindən maliyyələşir və güclü cəmiyyətin məhək daşı olan azad informasiya axınını dəstəkləyir. Qərargahı Praqada yerləşir, bir sıra keçmiş sovet respublikalarının müstəqil və çiçəklənən dövlətlərə çevrilməsini dəstəkləyib. Radio 23 ölkəyə yayımını davam etdirməkdədir.

NÜMUNƏ

«ABŞ Dövlət Departamentinin sözçüsünün qeyd etdiyi kimi, Xədicə İsmayılovanın həbsi Azərbaycanda insan haqlarının getdikcə daha artıq məhdudlaşdırılmasına bir nümunədir. Buraya mətbuat azadlığının məhdudlaşdırılması da daxildir. Nəticədə Birləşmiş Ştatların aparıcı qəzetlərindən biri baş məqaləsində xəbərdarlıq edib ki, «Azərbaycanda tənqidçi jurnalistlərə qarşı kampaniya davam edir». Bu yaxınlarda jurnalist Rauf Mirqədirovun casusluq ittihamıyla həbsə atılması da bunu göstərir».

«Sizi İsmayılovanı və digər şübhəli ittihamlarla saxlanılanları buraxmağa, AzadlıqRadiosunun Bakı bürosunun işini bərpa etməsinə icazə verməyə çağırıram», - konqresmen yazır.

Jurnalist Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də saxlanıb, ötən ilin sentyabrında bir sıra iqtisadi cinayətlərdə təqsirli bilinərək 7 il yarım həbs cəzasına məhkum edilib. AzadlıqRadiosunun rəhbərliyi jurnalistin hakim elitanın biznesini ortaya çıxaran araşdırmalarına görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG