Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:47

Əli Kərimli İlham Əliyevi debata çağırır


Azerbaijan -- Ali Karimli, Baku, 07Jun2013.
Azerbaijan -- Ali Karimli, Baku, 07Jun2013.

Əli Kərimli İlham Əliyevi debata çağırır

“Azadlıq” qəzeti yazır ki, İlham Əliyev AXC hakimiyyətində vəzifə tutan ayrı-ayrı şəxslər, o cümlədən Əli Kərimli haqda həqiqətdən uzaq ifadələr işlətməkdənsə, Əli Kərimli ilə debata çıxsın:

“İlham Əliyev gəncləri başına yığıb nağıl danışana kimi, bir dəfə özündə cəsarət tapıb Əli Kərimli ilə debata gəlsin, hər kəsin əyani müqayisə imkanı olsun”.

AXCP sədri Əli Kərimli gənclərin bu təşəbbüsünü dəstəklədiyini bildirib.

Dünyanın “Azərbaycan” imzalı Məhəmməd Əmin Rəsulzadəsi

“Modern.az” saytı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə ilə bağlı dərc etdiyi məqalədə yazır ki, Azərbaycan Cümhuriyyətinin ideoloqları milli şüurun formalaşma­sı zamanı uzaqgörənliklə gördükləri işlərin nəticə­sində Azərbaycan xalqının şüurunda dərin iz sala bildilər:

“Cüm­huriy­yətin iki ilə yaxın mövcudluğu dövründə bütün Azərbay­can vətəndaşlarının şüurunda milli mənsubiyyətindən, dinin­dən, siyasi dünyagörüşündən asılı olmayaraq vahid vətən, vahid dövlət və milli varlıq şüuru formalaşdı. Ona görə də Azərbaycan Sovet Rusiyasının işğal­ına məruz qaldığı dövrdə və sonralar da Azərbaycan türkləri ilə yanaşı talışlar, kürdlər, ləzgilər və başqa azsaylı etnoslar müstəqil Azər­bay­can dövlətini qorumaq üçün birgə mübarizə apardılar. Bu, ilk növbədə milli şüurun-azərbaycanlılılq şüur­u­nun, azərbaycanlılıq imzasının dünya imzalarından birinə çevrilməsi demək idi. Rəsulzadə və onun silahdaşlarının əməyi sayəsində “Azərbaycan” imzası dünya millətlərinin imzası içində yer almışdır”.

AXC-Müsavat iqtidarı Azərbaycanı acınacaqlı vəziyyətə salıb

“Azərbaycan” qəzeti prezident İlham Əliyevin bir qrup gənclə görüşündə Azərbaycan Xalq Cəbhəsi və Müsavat hakimiyyəti ilə bağlı çıxışına diqqət çəkir.

Qəzet yazır ki, ölkə başçısı öz nitqində 1992-1993-cü illərdə zorla iqtidara yiyələnən, bu gün isə özünü müxalifət hesab edən AXC-Müsavat cütlüyünün əsl mahiyyətini göstərib:

“Aradan illər ötsə də, 1990-cı illərin əvvəllərində hakimiyyətdə olmuş siyasət dəllallarının iç üzü, xisləti aydın görünməkdədir. Hakimiyyətdən uzaqlaşdırılmasından ötən 23 il ərzində də AXC-Müsavat cütlüyü və bütövlükdə onların təmsil olunduqları dağıdıcı müxalifət Azərbaycan dövlətinin milli maraqlarına zidd fəaliyyət göstərib, daim xalqa qarşı çıxıb, düşmən dəyirmanına su töküb”.

XS
SM
MD
LG