Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:49

Müfti çoxarvadlılığa çağırır


Əzim Əzimzadə. Köhnə və təzə arvad. 1935
Əzim Əzimzadə. Köhnə və təzə arvad. 1935

►"Bu şəraitdə bir çox qız subay qalır"

"İnterfaks"ın verdiyi xəbərə görə, Stavropol diyarının müftisi Muxammad Raximov hesab edir ki, çoxarvadlılıq Rusiyanın demoqrafik problemlərdən qurtulmasına kömək edə bilər.

"Bu, İslamdan gəlir. Mən razıyam, bu, demoqrafik problemləri həll edə bilərdi," - deyə o bildirib.

Raximovun sözlərinə görə, Rusiya, o cümlədən Şimali Qafqaz üçün "cinsi disbalans" məsələsi aktualdır. Bu şəraitdə bir çox qız subay qalır. Din xadimi xatırladıb ki, müsəlmanların dördə qədər arvad almasına icazə verilir. Ancaq çoxarvadlılıq yalnız kişinin fiziki və maliyyə sabitliyi, habelə onun birinci arvadının razılığı olarsa mümkündür.

Rusiyada çoxarvadlılığın qanuniləşdirilməsi barədə müzakirələr 2015-ci ilin mayında, Qroznı Nikah Sarayı əməkdaşlarının yüksək rütbəli DİN rəsmisi Najud Quçiqovun 17 yaşlı Luiza Qoylabiyeva ilə nikahını qeydiyyata almasından sonra başlayıb. Çeçenistan liderinin administrasiyasının rəhbəri Maqomed Daudov da müvafiq təşəbbüslə çıxış etmişdi. Ancaq Kreml əvvəlcə bu barədə danışmaqdan imtina etmiş, daha sonra Rusiyada çoxarvadlılığın qanunvericilik qaydasında qadağan olunduğunu xatırlatmışdı.

XS
SM
MD
LG