Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:58

Məmmədov Əliyevin dediklərini xatırlatdı


Novruz Məmmədov
Novruz Məmmədov

-

«Azərbaycan uzun müddət aparılan danışıqlar nəticəsində əldə edilən razılaşmaya əsasən, Qərbin İran İslam Respublikası üzərindən bir sıra sanksiyaları götürməsini alqışlayır».

APA-nın məlumatına görə, bunu Prezident Administrasiya rəhbərinin müavini Novruz Məmmədov deyib.

«Biz, ümumiyyətlə, dövlətlərarası münasibətlərdə müxtəlif səbəblərlə ölkələrə qarşı sanksiyaların tətbiq edilməsinin uğurlu və ədalətli addım olmadığını düşünürük. Sanksiyanın nəticələri bütün hallarda onun tətbiq olunduğu ölkənin əhalisinin yükünə çevrilir. Bu, eyni zamanda, müasir beynəlxalq aləmdə dövlətlərarası, sivilizasiyalararası anlaşmaya, dialoqa və əməkdaşlığa mane olur, istər-istəməz müəyyən gərginlik yaradır».

Novruz Məmmədov daha sonra yada salıb ki, Azərbaycanın dövlət başçısı da vaxtilə buna etiraz edib:

«İran İslam Respublikası ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev hələ 2006-cı ilin aprelində Vaşinqtona ilk rəsmi səfəri zamanı Ağ Evin qarşısında jurnalistlərlə brifinqdə sanksiyaların tətbiqinə etiraz edərək bəyanat vermişdi».

XS
SM
MD
LG